Modern.az

Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın

16 Aprel 2019, 20:14

Bakıda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

 

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?