Notr-Dam kilsəsinin 5 il ərzində rekonstruksiya ediləcəyi gözlənilir.
Modern.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Fransa Prezidentinin bu gün yerli vaxtla saat 20.00-da xalqa müraciət edəcəyi gözlənilir. Prezidentin çıxışının Notr-Dam-de-Pari kilsəsində baş vermiş fəlakətə, yoxsa "böyük debat"ın nəticələrinə həsr olunacağı məlum deyil.
Qeyd edək ki, dünən axşam saatlarında Paris Notr-Dam kilsəsində yanğın baş vermişdi. Olay nəticəsində tarixi tikilinin hər iki qülləsi yanıb. Notr-Dam-de-Pari kilsəsində baş verən yanğın səbəbindən Fransa Prezidentinin dünən saat 20.00-da televiziya vasitəsilə "Sarı jiletlilər"ıin tələbləri əsasında aparılan müzakirələrin nəticələrini açıqlamaq üçün xalqa müraciəti təxirə salınıb.