Modern.az

Yerevanda atışma: qapıçı öldürüldü

Yerevanda atışma: qapıçı öldürüldü

17 Aprel 2019, 00:18

Dünən axşam saatlarında Yerevanın mərkəzində, Lepseus küçəsində atışma olub.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, ağır güllə yarası almış 3 nəfər - 23 yaşlı Muşeq Qevondyan, 26 yaşlı Robert Manukyan və 26 yaşlı Andranik Qalstyan xəstəxanaya gətiriliblər.

 

Qevondyan aldığı yaralardan həyatını itirib. Ölən şəxsin “Ararat -2” futbol komandasının qapıçısı olduğu bildirilib.

 

Güllələnən üç nəfərin BMW markalı avtomobildə olduğu və maşının güllə yağışına tutulduğu qeyd edilir.

 

Yaralanmış digər iki nəfərin əməliyyat olunduğu bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir