Modern.az

Ronaldu bu uğursuzluğu ilk dəfə yaşadı

Ronaldu bu uğursuzluğu ilk dəfə yaşadı

17 Aprel 2019, 11:41

Ötən gecə Kriştiano Ronaldunun çıxış etdiyi “Yuventus” klubu “Çempionlar Liqası”nın 1/4 final mərhələsində 1:2 (iki görüşün cəmi üzrə 2:3) hesabı ilə “Ayaks”a uduzub.

Modern.az xəbər verir ki, qarşılaşmada hesabı Ronaldu açıb, lakin "Yuventus" bu hesabı qoruya bilməyib. İlk qoldan 6 dəqiqə sonra Donni van de Beek hesabı bərabərləşdirib. Qarşılaşmanın ikinci hissəsində kapitan Matteys De Liqt "Ayaks"ın qələbə topuna imza atıb.

Bununla da portuqaliyalı futbolçu karyerasında ilk dəfə komandası ilə “Çempionlar Liqası”nın 1/4 final mərhələsini tərk edib..

Novruz NOVRUZLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı