Modern.az

Azərbaycanda məhkum edilənlərin sayı azalıb  - STATİSTİKA

Azərbaycanda məhkum edilənlərin sayı azalıb  - STATİSTİKA

17 Aprel 2019, 11:47

Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə umumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1.300 nəfər (9,5%) azalıb, bəraət alan şəxslərin sayi eyni qalıb.

Modern.az-ın məlumatına görə bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib. Onun sözlərinə görə, qeyd olunan müddətdə birinci instansiya məhkəmələri tərəfindən məhkum edilmiş 6.005 nəfər barəsində hökmlərə apellyasiya şikayəti və protesti əsasında müvafiq apellyasiya məhəkəmələri tərəfindən baxılıb.

R.Rzayevin sözlərinə gorə 2017-ci ilə nisbətən 2018-ci ildə Ali Məhkəmədə baxılan işlərin sayı:
-Mülki Kollegiyada 587 iş azalıb;
-İnzibati-İqtisadi kollegiyada inzibati işlərə dair 144 iş artıb;
- iqtisadi mübahi sələrə dair işlər 39 iş azalıb;
 -Cinayət kollegiyasında 61 iş azalıb;
-Hərbi Kollegiyada 10 iş azalıb;
-Plenumda isə 3 iş azalıb.

Hesabat dövründə Ali Məhkəmənin Mülki Kollegiyasının (MK) icraatında 9.707 iş daxil olub ki, bu da 2017-ci ildə icraatda olmuş 10.358 mülki işdən 651 iş azdır.

R.Rzayev bildirib ki, MK-nın icraatında olan 9.707 mülki işdən 8.460 işə yekun məhkəmə qərarı çıxarılmaqla baxılıb, 108 iş üzrə kassasiya şiakyəti geri qaytarılıb, 26 iş üzrə kassasiya şikayətindən imtina edilib, 1.113 işə isə 2019-cu ilə qalıq keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi