Modern.az

Jurnalistlərin məhkəmə proseslərinə buraxılmaması düzgün deyil” - Hakimlər  Ali Məhkəmə sədrini EŞİTMİR?

Jurnalistlərin məhkəmə proseslərinə buraxılmaması düzgün deyil” - Hakimlər  Ali Məhkəmə sədrini EŞİTMİR?

17 Aprel 2019, 12:38

“Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq və onların məhkəmə zalına buraxılmaması düzgün deyil”.

Modern.az-ın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

R.Rzayevin sözlərinə görə, istənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər:

"Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır. Qalan bütün hallarda məhkəmələr hər bir vətəndaş, o cümlədən vəzifə borcunu yerinə yetirən jurnalistlər üçün açıq olmalıdır".

Qeyd edək ki, bir sıra hallarda jurnalistlər ayrı-ayrı məhkəmələrdə keçirilən proseslərə buraxılmırlar ki, bu da ciddi etirazlara səbəb olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?