Modern.az

Ağdamda körpəsini boğub öldürən ana polisə təslim oldu

Ağdamda körpəsini boğub öldürən ana polisə təslim oldu

17 Aprel 2019, 12:40

Daxili İşlər Nazirliyi (DİN) körpəsini boğub öldürən ana ilə bağlı məlumat yayıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam RPŞ-yə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...