Arxiv
17 Aprel 2019, 13:44 | MƏDƏNİYYƏT
7-ci Muğam Televiziya Müsabiqəsinin iştirakçıları: “Zəhmət çəkməyə dəyər” - MÜSAHİBƏ

Modern.az saytında yayımlanan “Art Time” rubrikasının budəfəki müsahibləri 7-ci Muğam Televiziya Müsabiqəsinin iştirakçılarıdır.

Qeyd edək ki, müsahibələrini təqdim etdiyimiz iştirakçılar həftənin cümə axşamı Beynalxalq Muğam Mərkəzində öz canlı ifalarını səsləndirəcəklər.

Müsahibələrdə ifaçıların həyatlarının görünməyən tərəfləri də, diqqətə çatdırılır..

 

Türkanə Nəcəfova:

-
22 yaşım var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsinin 3-cü kurs tələbəsiyəm. Müəllimim Xalq artisti Səkinə xanım İsmayılovadır.


- Hazırda müsabiqədə neçə nəfərsiniz?

- Müsabiqədə 15 nəfər iştirakçı var. Artıq 5 həftədir ki, müsabiqədə çıxışımı başa vurmuşam.

- Bu müddət ərzində müsabiqədə nə kimi uğur və uğursuzluğun olub?

- İki ifam demək olar ki, uğursuz olub. İki münsifdən o ifalara görə aşağı qiymət almışam.

- O münsiflərin kimliyini bizimlə bölüşə bilərsən?

- Xalq artistləri Arif Babayev və Mələkxanım Əyyubova. Təbii ki, haqlı olaraq mən bu qiymətləri aldım. İnşallah, bu həftə daha uğurlu bir ifa göstərməyə çalışacağam.

- Bəlkə bu hal, yəni uğursuz ifalar həyəcandan irəli gəlib?

- Həyəcan hər zaman olur. Tamamən deməzdim, amma müəyyən qədər həyəcanlı oluram, çünki xalqımız və böyük sənətkarlarımız qarşısında çıxış edirəm. Tənqid inkişafa təkan verdiyi üçün tənqidləri normal qəbul edirəm.

- Səni müsabiqəyə Səkinə xanım dəvət etdi? Xalq artistimizlə məşqlərin necə keçir?

- Xeyr. Səkinə xanım dəvət etmədi. Son bir ildə mən Muğam Müsabiqəsinə hazırlaşırdım. Qismətim bugünəymiş. Həftədə 2-3 dəfə Səkinə xanımla, qalan günlərdə isə musiqiçilərimizlə məşq edirəm. Mənə dəstək verdiyinə və müsabiqə müddətində mənimlə fərdi məşğul olduğuna görə Səkinə xanıma təşəkkür edirəm.


***

Rəvan Qaçayev:

- 21 yaşım var. Müsabiqəyə qatılan oğlanlar arasında ən azyaşlısı mənəm. Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsiyəm. Zakir Əliyevin sinfində təhsil alıram. Eyni zamanda “Muğam sənəti” kafedra müdürimiz, dəyərli Xalq artistimiz -Teyyub Aslanovdan da fərdi dərslər alıram. Ölkəmizi iki dəfə Londonda musiqi festivalında təmsil etmişəm. Uşaq yaşlarımdan muğamla məşqul olmuşam. Atam deyir ki, sən beşikdə ağlayan zaman Xalq artisti mərhum sənətkar Ağaxan Abdullayevin muğam ifalarını qoşurduq və bu zaman sən yuxuya gedərdin.

- Londonda hansı festivalda iştirak etmisən?

- Bülbül adına orta ixtisa musiqi məktəbində təhsil aldığım zaman Londonda keçirilən “Buta” müsabiqəsində iştirak etdim. Çox xoşbəxtəm ki, ölkəmizi təmsil etmək kimi bir şərəfə nail olmuşam.

- Səhnəyə çıxıb Muğam ifa edən zaman Rəvan nəyi ortaya qoymalıdır?

- Mən Muğam sənətinə olan fərdi yanaşmamı ortaya qoyuram. Topladığım biliklər və müəllimlərimdən aldığım dərslərdən əlavə, musiqiyə olan ciddi münasibətimi, fərdi yanaşma tərzimi ortaya qoyaraq göstərməliyəm ki, bu da mən və mənim ifa etdiyim musiqidir. Mən məhz bu məqsədlə çalışıram.

- Günümüzdə bir çox gənc muğam ifaçılarının əsas gəlir mənbələrindən biri də toylar və el şənlikləridir. Bəs sən necə, toylara gedirsən?

- Müsabiqə ərəfəsində yox, amma əvvəllər getmişəm. Toylarda xalqımızın içində olub milli musiqilərimizi və bəstəkar mahnılarımızı kütləyə təqdim edirik. Təbii ki, toylara getməyim zamanla maddi problemlərdən də irəli gəlib.

- Müsabiqəyə haradan qatılmısan?


-
Müsabiqəyə Qobustan rayonundan qatılmışam.


- Ailəniz haqqında nə deyə bilərsən?

- Hal-hazırda Bakıda kirayə qalıram. Bugün müsabiqə ərəfəsində kirayə qalmağımda mənə kömək edən Xalq artisti Mənsum İbrahimova dərin təşəkkürümü bildirirəm. Çünkü müsabiqə ərəfəsində toylara gedə bilmədiyim üçün məndə maddi problemlər yaranmışdı. Kirayə pulunu ödəyə bilmirdim. Valideyinlərim sadə - sıravi insanlardır. İşləmirlər.

- İfaların zamanı özündə hansı qüsurlar görürsən?

- İfalarım müddətində demək olar ki, maksimal ballar almışam. Qüsur həmişə olur və mən maksimal dərəcədə onları aradan qaldırmağa çalışıram. Çox dəyərli münsiflər heyətimizdən  razıyam. Bir daha qazandığım uğurlarda mənimlə birgə əziyyət çəkən müəllimlərimə təşəkkür edirəm. Həmçinin, universitetimizin rektoru Ceyran xanım Mahmudovaya və dekanımız Nərmin Qaralovaya dəstək olduqları üçün xüsusi minnətdarlığımı bildirirəm. Bu sualınız zamanı Bakirin çox gözəl bir qəzəlindən bir beyti xatırlatmaq yerinə düşərdi:

        Dəryalara bənzər bu sənət aləmi Bakir,

        Sən söylə görüm ki ,dəryada nəyin var?

Muğam sənəti ,ümumiyyətcə sənət aləmi bir dəryadır və mən də, bu dəryadan bacardığım qədər nə isə götürməyə çalışıram.

- Bu həftə izləyicilər üçün nə ifa edəcəksən?

- Bu hətə “Humayun” muğamının şöbələrinə müraciət edəcəyəm. Şüştər və tərkib hissələrindən oxuyacağam.

Biz gənclərin fəaliyyətini işıqlandıran, muğam sənətinə dəyər verən  “Art Time” rubrikasına və Modern.az saytının rəhbərliyinə dərin təşəkkürlərimi bildirirəm.


***

Suma Tapdıqova:


-
27 yaşım var. Şamaxı rayonunda anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam şöbəsini bitirmişəm və bu il həmin universititetin magistratura pilləsinə qəbul olunmuşam.

- Doğuşdan görmə qüsurlusan, yoxsa sonradan yarandı?

- Sonradan yarandı. 6-7 yaşım olanda yolu keçən zaman maşın vurdu. Maşın məni vurduqda çox qorxdum. Başım zədələndi. Həmən zaman tez durub hadisə yerindən qaçdım ki, valideynlərim bunu eşidib əsəbləşər. Daha sonra kitabları daha yaxından oxumağa, eynək taxmağa başladım. Tədricən zamanla görmə qabiliyyətim zəifləməyə başladı. Öncə bir gözüm, daha sonra hər iki gözüm görmə qabiliyyətini tamamən itdi.

- Həkimlər sənə nə diaqnoz qoyublar?

-Həkimlərin qoyduğu diaqnoz “Qlafkomadır”. Lakin bu diaqnoz üzrə müalicələr alıb əməliyyatlar keçirsəm də, hamısı nəticəsiz qalıb.

- Uşaqlıqda musiqi təhsili almısan?

- Xeyr. Musiqi təhsilim olmadan Orta məktəbi bitirdikdən 6 il sonra universitetə sənəd verdim. Universitetin Xanəndəlik bölməsini bitirmişəm.

- Müsabiqənin qalibi olsan, alacağın pulu gözlərinin açılması üçün xərcləyəcəksən?

- Xeyr. Mənə maddiyyatdan daha çox mənəvi dəstək lazımdır. Mən artıq öz taleyimlə barışmışam. İlk zamanlar bu halla barışmaq mənə çox çətin gəlirdi. 6 il demək olar ki, bir otaqdan çıxmadım. Hətta intihar etmək istəyirdim. İndi isə pozetiv düşüncəyə malik bir insanam. Mən digər iştirakçıları görə bilmirəm, amma onları səslərindən tanıyıram və ifa etdikləri zaman onlar üçün dualar edir, dualarımla insanlara kömək etməyə çalışıram. Mənə bəzən deyirlər ki, sən həyəcanlanmamalısan, çünkü digər iştirakçıları görmürsən. Mənsə deyirəm ki, axı onları görməsəm də, nəfəslərini hiss edirəm.

- El arasında deyirlər ki, muğam ilahi, ecazkar musiqidir. Bəlkə sənin də Muğam Müsabiqəsinə gəlməy ilahidən verilən bir gücdür?

- Mən gözlərimin nurunu itirəndən sonra güclü yaddaşa hafizəyə sahib olmağa başladım. Çalışıram ki, heç kimi yormayım. Mənə verilən materialı bir dəfəyə mənimsəməyə çalışıram. Digər uşaqlar 5 beyt əzbərləyirlərsə, mən 9 beyt əzbərləyirəm. Muğamı çox sevirəm. Muğam mənim həyatımın ayrılmaz hissəsidir. Sonuncu dəfə özümü nə vaxt güzgüdə gördüyümü xatırlamıram. Bəzən deyirlər ki, nə gözəl qızdır? Düşünürəm ki yalan deyirlər. Özümə qarşı olan bütün diqqətimi məhz muğama vermişəm.

- Sonuncu dəfə özünü güzgüdə nə vaxt görmüsən?

- Təxminən 17 yaşıma kimi çox zəif görürdüm. Üzüm yuxu kimi yadımdadır. 9-10 ildir ki, güzgüyə baxa bilmirəm. Amma bütün işlərimi özüm görürəm. Heç kimə narahatçılıq yaratmaq istəmirəm.

- Arzusuz insan olmur. Suma, bəs sənin ən böyük arzun nədir?

- Ən böyük arzum həyatda öz ayaqlarım üzərində dura bilməkdir. Uzun illərdir ki, valideynlərim əziyyətimi çəkirlər. Arzumdur budur ki, öz qazancım olsun və ailənin maddi yükünü yüngülləşdirim. Atam gül satmaqla uzun illərdir mənim xərclərimi qarşılayır. İstərdim ki,  uğurlarımla, işimlə, atama layiq övlad olum. Əgər imkanım olarsa, özüm kimi insanlara kömək etmək də mənim arzularımdan biridir.

***

Vəliş Mirzəyev:


-
22 yaşım var. Şamaxı rayonunda orta ixtisas musiqi məktəbini bitirmişəm. Hazırda Sumqayıt musiqi kollecində təhsil alıram.

- Müsabiqə ərəfəsində hazırlaşdığın, sənə istiqamət verən müəllim var?

- Bəli, kollecdə və eyni zamanda müsabiqə ərzində Xalq artisti Zabit Nəbizadədən dərs alıram, dəstək üçün ona dərin təşəkkür edirəm. 1-4, 2-5-ci günlər Zabit müəllimlə, 3-6-cı günlər isə musiqiçilərlə məşq edirəm.

- Bəs ailən necə, dəstək olur?

- Ailəm Şamaxıda yaşayır. Anam mənə dəstək olmaq üçün müsabiqə ərəfəsində mənimlə birlikdə Bakıda yaşayır. Kirayədə qalırıq. Atam isə hər həftə gələrək, canlı çıxışlarımı şəxsən izləyir.

- Müsabiqəyə hazırlaşmaq və Sumqayıtda oxumaq, hər gün dərsə getmək çətin olmur ki?

- Mənə dəstək olduğu üçün öncə kollecimizin direktoru Rasim Quliyevə təşəkkür edirəm. Müsabiqə ərəfəsində bəzi dərslərə qatıla bilməsəm də, sağ olsunlar, güzəşt edirlər.


***

Nəcibə Məmmədova:

- 16 yaşım var. 5 ildir musiqi məktəbində muğam sinfində  təhsil alıram. Müsabiqəyə Ağcabədidən qatılmışam. Sənədlərimi isə Bərdədən təqdim etmişəm. Müsabiqə ərəfəsində Xalq artisti Mənsum İbrahimovdan dərs alıram.

- Mənsum müəllimin bir çox tələbələri müsabiqələrin laureatı olublar. Bəs sən necə,  qələbəyə iddialısan?

- Xeyr. Deyərdim ki, müsabiqənin ən gənc iştirakçısı kimi heç zaman iddiam olmayıb. Mən rayondan qatıldığım və burada müəllimim olmadığı üçün Mənsum müəllimdən dəstək gördüm. Sağ olsun, təmənnasız olaraq məni hazırlaşdırmağı öz üzərinə götürdü.

- Sən də digər iştirakçılar kimi kirayə qalırsan?

- Bəli anam sağ olsun ki, məni tək qoymayır. Anamla birgə qalırıq.

- Bu sənət qadın üçün müəyyən qədər çətin sənətdir. Xanəndəliklə bağlı nə arzuların var?

- Bəli, çətinliyi indidən duyuram. Muğamı çox sevirəm. Arzum Milli Konservatoriyaya daxil olmaqdır. Muğam digər musiqi növlərindən xeyli çətin olsa da, sonda ondan alınan zövqü görəndə fikirləşirəm ki, zəhmət çəkməyə dəyər.

- Bu həftəki çıxışında muğamsevərlər üçün nə ifa edəcəksən?

-“Mahur hindi” muğamının “Şikəsteyi-fars” və “Əraq” şöbələrini oxuyacağam.



Leyla Əsədullayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53 Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI 20 Avqust 2019, 11:28 Yeni Qarabağ danışıqları, yeni forma, nimdaş məzmun - TƏHLİL 20 Avqust 2019, 11:25 Çempionlar Liqasının pley-off oyunları başlayır 20 Avqust 2019, 11:01 Antisanitar şəraitdə işləyən qənd istehsalı sexi aşkarlandı - FOTO 20 Avqust 2019, 10:46 Bu gənclərin xaricdə təhsili maliyyələşdiriləcək - Müsabiqənin nəticəsi açıqlandı - SİYAHI 20 Avqust 2019, 10:32 Daha 109 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək 20 Avqust 2019, 10:16 “Relaks” az vergi ödəyən 1-ci şirkət deyil - Himayə olunan digər obyektlər də var... 20 Avqust 2019, 09:58 Dörd rayonda qaz təchizatı dayandırılıb 20 Avqust 2019, 09:47 Ermənistan iriçaplı pulemyotlarla atəşkəsi pozdu 20 Avqust 2019, 09:45 Bakıda Əməkdar jurnalistin qardaşının evi qarət olundu - FOTOLAR 20 Avqust 2019, 09:38 Azərbaycanın 16 ildir üzv ola bilmədiyi beynəlxalq təşkilat... - SƏBƏBLƏR 20 Avqust 2019, 09:18 Azərbaycanda əhalinin 13 faizi pensiyaçılardı 20 Avqust 2019, 09:11 Murad Köhnəqala yeni mənzilinə nə vaxt köçəcək? - “Bir xeyirxah çıxıb mənə kömək edəcək” 20 Avqust 2019, 09:04 Yaddan çıxmış sənətkarlar: Həkimlərin komaya saldığı Əməkdar artist-FOTOLAR 20 Avqust 2019, 08:54 Binəqədidə “Favorit” market yanıb, 1 nəfər zəhərlənib 20 Avqust 2019, 08:39 Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək... 20 Avqust 2019, 08:34 Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52 "Neftçi" yenə xal itirdi 19 Avqust 2019, 22:33