Modern.az

San-Marinonun Azərbaycanda yeni fəxri konsulu təyin edildi

San-Marinonun Azərbaycanda yeni fəxri konsulu təyin edildi

17 Aprel 2019, 14:04

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib.

XİN-dən Modern.az-a verilən məlumata görə, görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə fəxri konsul Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir