Modern.az

Bakıda qəzaya düşən Gəncə sakini öldü  

Bakıda qəzaya düşən Gəncə sakini öldü  

Ölkə

17 Aprel 2019, 16:12

Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Samir Rüstəmov yerləşdirildiyi xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, aprelin 15-də saat 4 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Samir Rüstəmovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada aprelin 16-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır