Modern.az

Goranboyun icra başçısı vətəndaşları fərdi qəbul etdi  

Goranboyun icra başçısı vətəndaşları fərdi qəbul etdi  

Ölkə

17 Aprel 2019, 19:37

Təyin olunduğu ilk gündən vətəndaş amilini ön plana çəkən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi.

 

Modern.az xəbər verir ki, qəbulda idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak edib. Rayon rəhbəri vətəndaşları qəbul edərək onların qayğı və problemləri ilə maraqlanıb. Sakinlər öz problemlərini, təkliflərini səsləndiriblər.

 

Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması,  fərdi evin təmiri, elektrik enerjisi və təbii qazla bağlı məsələlər üstünlük təşkil edib.

 

Vətəndaşların müraciətlərini  dinləyən cənab Məhərrəm Quliyev, səsləndirilən bir çox problemlərin əksəriyyətinin yerindəcə həlli barədə konkret tapşırıqlar verdi. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırıldı. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır