Arxiv
17 Aprel 2019, 20:13 | ÖLKƏ
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. 

Modern.az xəbər verir ki, məktubda ölkə başçısına minnətdarlıq edilir:

 

"Möhtərəm cənab Prezident. Qafqaz bölgəsi dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna, dövlətimizin rəhbərinə və dünyanın tanınmış siyasi xadiminə salamlarımı və təşəkkürlərimi ünvanlayıram. Bu təşəkkür borcum 70 illik yubileyim və Şeyxülislam kimi fəaliyyətə başlamağımın 40 illiyi münasibətilə Zati-aliləriniz tərəfindən verilən ali qərarınıza və Sərəncamınıza görədir. Mən bu Sərəncamınızı həm şəxsimə, həm də Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi kimi qəbul edirəm. Zati-alilərinizin sayəsində nail olduğumuz hər bir uğur dünya müsəlmanlarının, Azərbaycan ictimaiyyətinin və dini mühitimizin nəzərində əlamətdar və tarixi hadisəyə çevrilir. Çünki dünya Sizin simanızda öz ölkəsini hərtərəfli inkişaf mərtəbəsinə qaldıran, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafını təmin edən, sosial-iqtisadi islahatları ilə xalq-dövlət birliyini möhkəmləndirən dövlət rəhbərini görür. XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal ideyalarınız sayəsində Azərbaycanın adı tarixin səhifələrinə tərəqqi və intibah məkanı kimi yazılır.

 

Sizin milli və dini dəyərlərə verdiyiniz önəmi təkcə Azərbaycan xalqı deyil, dünya ictimaiyyəti və müxtəlif dinlərin liderləri də yüksək qiymətləndirmiş və “Dünya dini liderlərinin II Bakı sammiti”nin keçirilməsi münasibətilə mənə ünvanladıqları təbriklərdə Zati-alilərinizə minnətdarlıqlarını bəyan etməyi rica etmişlər. Azərbaycandakı din-dövlət münasibətləri, multikulturalizm və tolerantlıq ənənələri, etiqad azadlığının təmin olunması müdrik siyasətin nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Bu sarsılmaz mənəvi bünövrənin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alilərinizin səyləri ilə uğurla davam etdirilmişdir. Biz din xadimləri Azərbaycanda Sizin səylərinizlə təşəkkül tapan mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bəyənirik və gələcəkdə davam etdirmək niyyətindəyik. Zati-alilərinizin 2019-cu ili böyük İslam mütəfəkkiri, irfan filosofu və sufi şairi Nəsiminin şərəfinə “İmadəddin Nəsimi ili” elan etməsi də Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi töhfələrin parlaq nümunəsidir və dini mühitdə yüksək təqdirlə qarşılanır.

 

Zati-aliləri, 40 ildir ki, Şeyxülislam olaraq Qafqaz Müsəlmanları İdarəsini ulu öndər Heydər Əliyevin xeyir-duası ilə onun əmanəti kimi qorumuş, Sizin hüsn-rəğbətiniz və maddi-mənəvi dəstəyinizlə dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırılmasına çalışmışam. Bu illər ərzində Zati-alilərinizin şəxsimə olan hörmət və diqqəti, özəl münasibəti, iftar məclislərində və tədbirlərdə fəaliyyətim barədə dəyərli sözləriniz mənim üçün ən qiymətli hədiyyə olubdur. Bu gün də hesab edirəm ki, harada dövlət və din birliyi varsa, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı üçün təminat var. Mən Sizin siyasətinizi təqdir edərək hər zaman yanınızdayam. Zati-alilərinizin məni dost və qardaş adlandırmasını özüm üçün ən böyük mükafat hesab edirəm, ömrüm boyu Sizə və bütün ailənizə Allahdan xeyir-dualar diləyirəm.

 

Biz dindarlar əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, əzəli torpağımız olan Qarabağın azadlığı naminə haqqın qalibiyyəti daim Zati-alilərinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır.

 

Allah-təala hər zaman yardımçınız olsun! Amin".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tofiq Tağızadənin 100 illiyi ilə bağlı film çəkildi - FOTO 23 May 2019, 20:59 İlham Əliyev iftar mərasimində iştirak etdi - FOTOLAR 23 May 2019, 20:51 Əfqanıstanda 14 dinc sakin öldürüldü 23 May 2019, 20:37 Neft emalı zavodunda “yanğın” 23 May 2019, 20:19 Bakıda cibgirlik edən qadın saxlanıldı 23 May 2019, 20:03 İzmirdə 8 PKK terrorçusu saxlanıldı 23 May 2019, 19:49 Azərbaycanda mobil rabitə operatorları dörd ayda 272,4 milyon manat qazanıb 23 May 2019, 19:44 Pompeo: "Huawei"in rəhbəri yalnız Amerika vətəndaşlarına deyil, dünyaya yalan danışır 23 May 2019, 19:38 Dünyanın ən kök adamı sevgilisindən ayrıldı və... bir az da kökəldi 23 May 2019, 19:20 İspaniya təyyarəsi Barselonada məcburi eniş etdi  23 May 2019, 19:14 Hakimlər Bakıdakı Avropa Liqasının finalına yeni formada çıxacaqlar 23 May 2019, 19:10 Müdafiə Nazirliyi: “Ermənistanın bütün ərazisi müşahidəmiz altındadır” 23 May 2019, 18:58 “Anadolu”nun itkin düşmüş əməkdaşının cəsədi tapıldı 23 May 2019, 18:46 Goranboy Aqroparkda bol taxıl məhsulu gözlənilir 23 May 2019, 18:39 AŞPA-nın iclasında Ermənistan ciddi tənqid olundu 23 May 2019, 18:32 “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur 23 May 2019, 18:23 Aqiyə Naxçıvanlı vətəndaşları qəbul etdi 23 May 2019, 18:18 Qarabağ separatçılarının “dünya çempionatı” fiaskosu 23 May 2019, 18:09 Mehriban Sadıxova Fuad Abbasovdan danışmaq istəmir 23 May 2019, 18:05 Mətbuat Şurası direktora diqqətli olmağı tövsiyə etdi   23 May 2019, 17:56 Xaricdə təhsil almaq istəyənlər üçün masabiqə elan edildi - Dövlət maliyyələşdirəcək 23 May 2019, 17:47 ADU-da “Səmavi dinlər” sərgisi 23 May 2019, 17:38 Manatın məzənnəsi dəyişdi? 23 May 2019, 17:28 Ordumuz gecə döyüşlərində - VİDEO 23 May 2019, 17:18 Elmar Məmmədyarov çinli həmkarı ilə nələrdən danışdı? 23 May 2019, 17:13 Oruc tutmayanların iftar süfrəsində nə işi var... - Din xadimi aydınlıq gətirdi 23 May 2019, 17:03 Ekologiya Nazirliyinin əməkdaşları təltif olundu 23 May 2019, 16:52 Supermarketlərdə düşünülmüş cibgirlik 23 May 2019, 16:43 “Unudulmaz Bakı” - FOTO 23 May 2019, 16:40 Goranboyun icra başçısı tapşırıqlar verdi 23 May 2019, 16:38 Üzdə tük çıxarma kremləri orqanizmə zərər vurur? - Həkim RƏYİ 23 May 2019, 16:37 Zelenski Rusiya ilə birbaşa danışıqlardan imtina etdi 23 May 2019, 16:22 Zurabişvili Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası prosesinin bərpasını alqışlayır 23 May 2019, 16:21 Qanunvericilik reallıqla düz gəlməyəndə... - Deputatlar mübahisəli məqamları ŞƏRH ETDİLƏR 23 May 2019, 16:13 Ukraynalı turist qadın Bakıda gözəllik salonunda yandı 23 May 2019, 16:12