Modern.az

Özünü güllələyən sabiq prezident xəstəxanada öldü

Özünü güllələyən sabiq prezident xəstəxanada öldü

17 Aprel 2019, 20:39

Perunun sabiq Prezidenti Alan Qarsia xəstəxanada dünyasını dəyişib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırkı dövlət başçısı Martin Vizkarra məlumatı təsdiqləyib.

O, “Twitter” səhifəsində mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edək ki, polis əməkdaşları Perunun keçmiş prezidenti Alan Qarsiyanı evində həbs etmək istəyərkən sabiq dövlət başçısı intihara cəhd edib. O, özünə tapançadan atəş açmağa cəhd göstərib.

Qeyd edək ki, A.Qarsiya iki dəfə Peru prezidenti olub. O, 1985-1990 və 2006-2011-ci illərdə dövlət başçısı postunu tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər