Modern.az

Ermənistanda 5 nazirlik ləğv olundu

Ermənistanda 5 nazirlik ləğv olundu

18 Aprel 2019, 12:19

Ermənistan parlamenti nazirliklərin sayının 17-dən 12-yə azaldılması ilə bağlı qərar verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qanun layihəsi 70 səs leyhinə, 40 səs əleyhinə olmaqla qəbul edilib.

 

Hakim “Mənim addımım” bloku istisna olmaqla, “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları qanuna qarşı çıxıblar. Müxalifət bloku 5 nazirliyin ləğvi nəticəsində 200 insanın işsiz qalacağına etiraz ediblər.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir