Modern.az

Çempionlar Liqasında ingilislər rekordu yenilədilər

Çempionlar Liqasında ingilislər rekordu yenilədilər

Aktual

18 Aprel 2019, 12:47

Dünən Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçirilən İngiltərənin “Mançester Siti” və “Totenhem” klubları cavab oyununda meydan sahibləri 4:3 hesabı ilə qalib gəlib.

Modern.az xəbər verir ki, bu oyun bir sıra rekordlarla yadda qalıb. Matçda ilk 4 qol 11-ci dəqiqəyə qədər vurulub ki, ÇL tarixində bu müddət ərzində belə məhsuldarlıq qeydə alınmamışdı.

21-ci dəqiqədə vurulan beşinci qol isə ÇL tarixində yeni rekorddur. Bundan əvvəlki rekord 2016-cı ildə baş tutmuş “Borussia Dortmund – “Legia” matçında qeydə alınmışdı (24-cü dəqiqədə 3:2).

Qeyd edək ki, ilk oyunda 1-0 hesab ilə qalib gəlmiş “Totenhem” cavab matçında uduzsa da, səfərdə daha çox qol vurmasına görə  yarımfinala yüksəlib.

Novruz NOVRUZLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir