Arxiv
18 Aprel 2019, 12:59 | AKTUAL
UKRİNFORM-da  İlham Əliyevin uğurlu siyasəti barədə MƏQALƏ

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin Ukraynanın dövlət informasiya agentliyi olan UKRİNFORM-da Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, onun rəhbərliyi ilə həyata keçirilən islahatlara dair məqaləsi dərc edilib.

Modern.az xəbər verir ki, məqalədə Azərbaycan əhalisinin sayının 10 milyona çatmasından bəhs edilir. Qeyd olunur ki, Azərbaycan əhalisinin sayının artması Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə ölkədə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yüksəlməsinin nəticəsidir. Son 15 il ərzində əhali 1,7 milyon nəfər artıb. Bu, onu göstərir ki, aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub. Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu baxımdan da nümunəvi ölkədir. Nəzərə almaq lazımdır ki, dünyanın bir çox ölkələrində bu sahədə vəziyyət heç də ürəkaçan deyil, hətta əhalinin sayında azalma müşahidə olunur.

Müəllif daha sonra yazır: “Son vaxtlar, xüsusən bu ilin ilk aylarında Prezident İlham Əliyevin inqilabi dəyişikliklər kimi qiymətləndirilən və hətta dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatları əhalinin rifah halının daha da yüksəldilməsinə böyük təkan verir. Sürətli inkişaf, sosial rifahın daha da yaxşılaşması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər Azərbaycanda əhalinin artım tempinin qorunub saxlanmasına əminlik yaradır. Bütün bunlar hakimiyyətlə xalq arasında qarşılıqlı etimadın mövcudluğunu sübut edir. Qarşılıqlı inam ölkədə stabilliyin qorunmasına gətirib çıxarıb”.

Müəllif vurğulayır ki, bu günlərdə Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində aparılan rəy sorğusuna görə, respondentlərin 90,5 faizi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları müsbət qiymətləndirib. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev cəmiyyəti düşündürən hər bir məsələdə xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər görür. Bunun nəticəsi olaraq, ümumilikdə, üç milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Ölkədə getdikcə dərinləşən islahatlar iqtisadi və sosial sahələrin inkişafına təkan verməklə yanaşı, demoqrafik proseslərin idarə edilməsində də mühüm rol oynayır, ona birbaşa və ya dolayısı ilə öz müsbət təsirini göstərir. Son 15 ildə Azərbaycan modernləşərək fərqli idarəçilik sisteminə çevrilib. Siyasi, iqtisadi, idarəçilik sahələrində uğurlu islahatlar paralel aparılıb.

Ortada isə yeni təşəbbüslər var – böyük layihələr, sosial, iqtisadi islahatlar. Bütün bunlar göstərir ki, Azərbaycan inkişaf yolundadır, dünyada gedən ağır iqtisadi, siyasi proseslər fonunda ölkə nəinki özünü qoruya bilir, hətta bir çox dövlətlərə örnək ola biləcək nəticələrə malikdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03