Modern.az

Agentlik qəzaların sayının azaldılması üçün yeni layihəyə başladı

Agentlik qəzaların sayının azaldılması üçün yeni layihəyə başladı

18 Aprel 2019, 13:31

Təhlükəsiz nəqliyyat mühitinin formalaşdırılmasında insanların düzgün maarifləndirilməsinin vacibliyini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi yeni layihənin icrasına başlayıb.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevin Modern.az-a verdiyi məlumata görə, “Yol həyatdır!” devizi altında reallaşacaq yeni layihə Agentliyin hərəkət iştirakçılarının maarifləndirilməsi məqsədilə başlatdığı tədbirlərin məntiqi davamı olaraq həyata keçiriləcək.

 

Hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etməsi sahəsində maarifləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minumuma endirilməsi, eləcə də rahat və təhlükəsiz nəqliyyat mühiti naminə müsbət mədəni dəyişikliklərə nail olunması layihənin əsas hədəflərindəndir.

 

Layihə çərçivəsində müxtəlif aksiyaların keçirilməsi, yol hərəkəti təhlükəsizliyi qaydalarına dair videoçarxların, posterlərin hazırlanması və yayımlanması nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!