Modern.az

“Bədbəxt” iqtisadiyyata malik ölkələr – Venesuela, Türkiyə, Ukrayna…

“Bədbəxt” iqtisadiyyata malik ölkələr – Venesuela, Türkiyə, Ukrayna…

18 Aprel 2019, 15:25

ABŞ-ın “Bloomberg” agentliyi dünyanın ən “xoşbəxt” və “bədbəxt” iqtisadiyyata malik ölkələrinin adını açıqlayıb.

 

Modern.az agentliyə istinadən xəbər verir ki, iqtisadi durumu pis olan ölkələr üçün əsas meyar olaraq inflyasiyanın səviyyəsi və işsizlik göstəriciləri əsas götürülüb.

Bloomberg-in Misery İndex-nə əsasən, Venesuela ən zəif iqtisadiyyata malik ölkə sayılır. 2016-cı ildən bəri öz iqtisadi göstəricilərini dərc etməsələr də, agentliyin ekspertləri Venesuelada 2019-cu ildə Venesuelada inflyasiyanın 8 milyon faizə çatdığını təxmin edirlər.

 

Ən “bədbəxt” iqtisadiyyata malik ölkələrin reytinqinə Argentina (2), Cənubi Afrika Respublikası (3), Türkiyə (4), Yunanıstan (5) və Ukrayna (6) daxildir. Agentlik bu ölkələrin insanların işlə təmin olunması və qiymət bahalaşmasında zəif səylər göstərdiyini düşünür.

İşsizlik səviyyəsi ilə inflyasiyanın azlığı arasında düz mütənasib quran Tailand ən xoşbəxt iqtisadiyyata malik ölkə adlanıb. İsveçrə “xoşbəxt” iqtisadiyyatına görə 2-ci, Sinqapur və Yaponiya isə 3-cü və 4-cü yerlərdə qərarlaşıb.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır