Modern.az

Bakıda iki avtobus marşrutunun yolu dəyişdirildi

Bakıda iki avtobus marşrutunun yolu dəyişdirildi

Aktual

18 Aprel 2019, 16:42

Nizami rayonu Keşlə qəsəbəsi Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti 18 aprel 2019-cu il gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağyevin Modern.az-a verdiyi məlumata görə, bu səbəbdən, qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib:

“Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər”.

Onun sözlərinə görə, dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı