Modern.az

Bakcell Formula 1-in ilk rəsmi dəstəkçisi oldu

Bakcell Formula 1-in ilk rəsmi dəstəkçisi oldu

18 Aprel 2019, 16:57

Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi olub.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Formula 1 Azərbaycan Qran Prisinə dəstək göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb.

 Modern.az xəbər verir ki, Əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın İlk mobil operatoru və ən sürətli Mobil internet provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışları ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim etdiyi bir sıra fürsətlərdən yararlanmaq imkanına sahib olacaq.

 

Belə ki, müqavilə çərçivəsində Bulvar tribunasına Bakcell şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.

 

 Bundan başqa, Bulvar ərazisində yerləşən Formula 1-in azarkeşlər zonasında Bakcell üçün xususi yer ayrılacaq. Həmçinin şirkət yarış həftəsonu ərzində trek ətrafında yerləşən ictimai məkanlarda öz məhsullarını Azərbaycan Qran Prisinin tamaşaçılarına təqdim edə və burada yerləşən böyük ekranlarda öz videoçarxlarını nümayiş etdirə biləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?