Modern.az

Hesablama Palatası üzvlərinin maaşı artırıl

Hesablama Palatası üzvlərinin maaşı artırıldı

18 Aprel 2019, 17:04

Prezidenti İlham Əliyev “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Modern.az xəbər verir ki, bu gün təsdiqlənən qanunla palata üzvlərinin sosial müdafiəsi gücləndirilib.

Belə ki, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq.

Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər olacaq. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları isə Milli Məclisin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir