Modern.az

Səbaildə yol tikintisinə 2,45 milyon manat ayrıldı

Səbaildə yol tikintisinə 2,45 milyon manat ayrıldı

18 Aprel 2019, 17:11

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ilə bağlı sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamda deyilir ki, Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,45 milyon (iki milyon dörd yüz əlli min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir