Arxiv
18 Aprel 2019, 17:16 | AKTUAL
Kənd təsərrüfatı naziri müşavirə keçirdi

Qobustan rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Ölkədə toxumçuluğun mövcud vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Qobustan Gənclər Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, həmçinin 15 rayondan toxumçuluqla məşğul olan 177 fermer, toxum emalı və satışı ilə məşğul olan sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov bildirib ki, ölkədə kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcuddur. Aqrar sahənin inkişafında toxumçuluq və tingçiliyin mühüm rol oynadığını xatırladan Adil Məmmədov rayonda toxumçuluq üzrə ixtisaslaşmış təsərrüfatların çoxluq təşkil etdiyini deyib. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı konkret hədəflər qoyulduğunu deyən Adil Məmmədov bildirib ki, bu hədəflərə çatmaq üçün rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalının genişləndirilməlidir. O vurğulayıb ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən regionlarda mütəmadi müşavirələr keçirilir.

Kənd təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb:

“Bildiyiniz kimi, Cənab Prezident ölkədə aqrar sektoru iqtisadiyyatın prioritet sahəsi müəyyən edib. Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün fəaliyyətimizdə düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürürük.  Toxumçuluq sahəsi ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas prioritet istiqamətlərindəndir. Bu sahədə fəaliyyətin səmərəli təşkili kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Kənd təsərrüfatı bitkilərinin yeni sortlardan və sertifikatlı toxumlardan istifadə  məhsuldarlığı 20-30 faiz artırır”.

İnam Kərimov qeyd edib ki, ölkədə toxumçuluq sektoru müasir tələblərə cavab verən yeni texnologiyaların tətbiqi əsasında inkişaf etdirilməlidir. Nazir keyfiyyətli toxumlara olan tələbatın əsasən yerli istehsal hesabına ödənilməsi üçün müvafiq tədbirlərin görüldüyünü müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Möhtəsim Əhmədov “Toxumçuluğun mövcud vıəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Toxumçular Assosiasiyasının sədri Afər Hacıyev, “Agro Dairy”MMC-nin nümayəndəsi Fuad Kərimov, Balakən rayonunda meyvə ting istehsalı ilə məşğul olan Nəsrulla Orucov fəaliyyət göstərdikləri sahə ilə bağlı fikirlərini bölüşüblər.

Müşavirədə toxum ilə təminat, toxumçuluğun inkişaf istiqamətləri, subsidiyaların verilməsi istiqamətində fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Tədbirdə ölkədə toxumçuluğun inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, bu cür müzakirələrin mütəmadi keçirilməsi qərara alınıb.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47