Modern.az

Ekologiya Nazirliyinin nümayəndələri Cocuq Mərcanlıya getdi

Ekologiya Nazirliyinin nümayəndələri Cocuq Mərcanlıya getdi

18 Aprel 2019, 17:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və əməkdaşlarından ibarət nümayəndə heyəti “Ekoloji bilik günü” çərçivəsində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.

 

Nazirliyin nümayəndə heyəti əvvəlcə “Aprel şəhidlərinə xatirə” abidəsini  ziyarət edərək, önünə gül dəstələri qoyub və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Novruz Aslanov adına kənd tam orta məktəbinin kollektivi ilə görüşən Nazirlik nümayəndələri gətirdikləri ekoloji təbliğat vasitələrini, eyni zamanda kağız, məişət və plastik tullantıların çeşidlənməsi məqsədilə hazırlanmış qutu və konteynerləri məktəbə hədiyyə ediblər.

 

Daha sonra Nazirliyin nümayəndələri Umayra Tağıyeva və  Hikmət Əlizadə şagirdlərə ölkəmizin ekoloji vəziyyəti, iqlimi, günəş, hava, su, hava proqnozlarının hazırlanması, Azərbaycanın flora və faunası, milli parklar və qoruqlarla bağlı dərs keçib, məlumatlandırıcı səmimi söhbət aparıb və məktəblilərdə təbiətə qayğıkeş münasibətin formalaşması məqsədilə  tövsiyələr veriblər.

Nümayəndə heyətinin səfəri Cocuq Mərcanlı kəndindəki sosial obyektlərlə tanışlıqla davam edib.

Daha sonra xüsusi ayrılmış ərazidə ağacəkmə aksiyası keçirilib və Nazirliyin tinglik sahələrində yetişdirilmiş meyvə ağacları əkilib.

 

Qeyd edək ki, “Ekoloji bilik günü” çərçivəsində Nazirliyin nümayəndələrinin növbəti görüşü Ağcabədi rayonunda davam edəcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq