Modern.az

Deputat seçiciləri ilə görüşdü

Deputat seçiciləri ilə görüşdü

18 Aprel 2019, 17:32

Bu gün Milli Məclisin  deputatı Tahir Süleymanov Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının konfrans zalında rayon seçiciləri ilə görüş  keçirib.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov ölkədə demokratik təsisatların yaradılması hüquqi islahatların aparılması və bu istiqamətdə Avropa ölkələrinin qabaqcıl təcrübəsindən istifadə edilməsi real nəticələr vermişdir. Belə ki, YAP-ın həm siyasi xətti, həm də əməli fəaliyyəti Azərbaycanda mövcud olan demokratiyanın, hüquqi, dünyəvi dövlətin qurulmasına yönəlib.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası xalqımızın bir neçə nəsli üçün də siyasi yetkinlik məktəbi oldu. YAP yeni düşüncə tərzi insanları ətrafında birləşdirərək siyasi səhnənin ən mütəşəkkil partiyası olduğunu sübuta yetirdi.

YAP dünənin, bu günün, sabahın partiyası olduğunu əməli işdə dəfələrlə sübut edib. Azərbaycan dövləti qarşısında duran vəzifələrin eyni zamanda YAP-ın qarşısında duran vəzifələr olduğunu özü üçün müəyyənləşdirib.

Daha sonra Milli Məclisin deputatı Tahir Süleymanov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-nın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayaraq, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söylədi. Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq  nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır.




Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi