Modern.az

Ronaldu “Yuventus”dan erkən  gedə  bilər

Ronaldu “Yuventus”dan erkən  gedə  bilər

18 Aprel 2019, 18:00

"La Repubblika" yazıb ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldu “Çempionlar Liqası”nın 1/4 finalında "Ayaks"a məğlub olaraq mübarizəni dayandırdıqdan sonra çox məyus olub. 34 yaşlı hücumçunun bu mövsümün sonu klubu tərk etməyəcəyi vurğulanıb. Ancaq onun 2020-ci ilin yayında "Yuventus"dan ayrılmağa hazır olduğu bildirilib.

Modern.az xəbər verir ki,  son 5 ildə 4 dəfə “Çempionlar Liqası” kubokunu qazanan portuqaliyalı ulduz futbolçu 9 ildən sonra ilk dəfə yarımfinalda oynamayacaq. Ronaldu sonuncu dəfə “Real Madrid” formasi ilə 1/4 finalda “ Lion”a uduzub mübarizəni dayandırmışdı.

Qeyd edək ki, Ronaldunun İtaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatır.


Novruz NOVRUZLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi