Arxiv
18 Aprel 2019, 19:06 |
Hüseyn Abdullayevin məhkəməsində zərərçəkmişlər ifadə veriblər

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi olub.

 

Trend-in məlumatına görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında zərərçəkmiş şəxs və şahidlər dindiriliblər.

Prosesdə dindirilən zaman zərər çəkmiş şəxslər Müzəffər İsmayılov, Könül Dəryabaricavad və Rəsmiyyə Abdullayeva bildirmişlər ki, “Araz-İnşaat” açıq səhmdar cəmiyyətinin səhmdarları olsalar da, cəmiyyətin inzibati binasının icarəyə verilməsi nəticəsində əldə olunmuş gəlirlərdən onlara hər hansı məbləğdə divident ödənilməyib.

Qeyd edək ki, zərər çəkmiş şəxslər istintaq zamanı “Araz-İnşaat” ASC-nin faktiki olaraq Hüseyn Abdullayevə məxsus olduğunu bildiriblər.

 

Məhkəmədə şahid Canbulat Kalyayev bildirdi ki, Hüseyn Abdullayevin əmlaklarının və lahiyələrinin sənədləşmə işlərini aparmış, Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın xarici ölkədə oğlunun yanında olması xəbərini internet xəbər saytlarından oxuduqda əvvəllər Zeynəb Abdullayevanın iki dəfə hava limanından qaytarıldığını bildiyi üçün onun xarici ölkəyə getməsini gördükdə hansı qaydada ölkəni tərk etməsi onu təəccübləndirmişdir.

Kalyayev Canbulat məhkəmədə həmçinin, H.Abdullayevin 2005-ci ildə deputat seçkiləri ərəfəsində öz adına olan əmlaklarını başqa şəxslərin adına keçirilməsi barədə göstəriş verdiyini bildirdi, şahid İlqar Mustafayev də həmin faktı ifadə verərkən təsdiqlədi.

Şahid İmran Məmmədov məhkəmədə ifadə verərək “Araz İNC” MMC-nin inşa etdiyi hündürmərtəbəli yaşayış binasından 2 milyon 160 min manat məbləğində qeyri-yaşayış sahəsini nəğd pul ödəməklə aldığını bildirdi.

Qeyd edək ki, məhkəmə iclası zamanı İ.Məmmədovun H.Abdullayevin qardaşı Azər Abdullayevlə birlikdə işləmələri müəyyən olundu.

 

Şahid qismində dindirilmiş Zahid Hüseynov ifadəsində göstərdi ki, 2005-ci ilin yaz aylarında yaşayış binasının tikintisini həyata keçirən “Araz İNC” MMC-nin direktoru vəzifəsinə təyin olunmuş, təyin olunmağı barədə əmrlə tanış olarkən əmrin təsisçi olan Zeynəb Abdullayeva tərəfindən imzalandığını görmüşdür. Binanın tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) olmamışdır.

Vurğulayaq ki, Zahid Hüseynov istintaqda həmin binanın tikintisinə Hüseyn Abdullayevin özünün nəzarət etdiyini bildirib.

“Araz-İnşaat” ASC-nin baş mühasibi vəzifəsində işləmiş Sədaqət Cəlilova məhkəmədə dindirilən zaman bildirdi ki, 2004-cü ildən sonra müəssisəyə icraçı direktor müavini Namiq Babayev adlı şəxs təyin olunmuş, 2011-ci ildən sonra səhmdarlara dividentlər verilməmişdir.

 

Qeyd edək ki, istintaq materiallarından görünür ki, “Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H.Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. “Araz İNC” MMC-nin təsisçisi isə H.Abdullayevin atası Abbas Abdullayev olsa da faktiki olaraq MMC sabiq deputat tərəfindən idarə olunmuşdur.

Bundan əlavə məhkəmə iclasında şahidlər Pərviz Əliyarov, Qafar Rzayev, Azər Seyidov, Əbil Canbaxşiyev və başqaları dindirilmişdir.

Məhkəmənin növbəti iclası aprelin 23-nə təyin edilib..

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47 Nazirlik: Şəhərin mərkəzi küçələrinə giriş qadağası yoxdur 21 May 2019, 16:45 “Qartal yuvası” təqdim olundu 21 May 2019, 16:44 Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub 21 May 2019, 16:27 Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqləndi - FƏRMAN 21 May 2019, 16:25 Yazıçımız Rusiyada təltif olunacaq 21 May 2019, 16:11 “Cinlərə qonaqlıq vermək” adı ilə vətəndaşları aldadan ana və oğulun məhkəməsində olanlar... 21 May 2019, 15:51 Erməni əsgərlər qəzaya düşdü: ölən və yaralananlar var 21 May 2019, 15:48 Zelenskinin inaqurasiyasında diqqətçəkən 4 MƏQAM 21 May 2019, 15:40 Rövşən Rzayev problemləri dinlədi 21 May 2019, 15:32