Arxiv
18 Aprel 2019, 21:01 | AKTUAL
Azərbaycanla İran arasında iqtisadi əməkdaşlıq müzakirə edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanla İran arasında qədim tarixi olan əlaqələrin inkişaf edərək genişləndiyini vurğulayıb.

 

Nazir Azərbaycan Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib, əldə olunan iqtisadi uğurların əhalinin rifah halının yaxşılaşdırlmasına xidmət etdiyini, bu sahədə ardıcıl olaraq mühüm addımların atıldığını diqqətə çatdırıb.

 

S.Babayev ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, tibbi və sosial reabilitasiya imkanlarının artırılması, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi istiqamətində görülən işlər, əmək, məşğulluq, sosial müdafiə sistemlərində aparılan islahatlar barədə məlumat verib. O, dövlət sosial xidmətlərinin vahid platformadan, bir pəncərə prinsipi ilə təqdim olunması üçün icra olunan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsindən bəhs edib.

 

S.Babayev bildirib ki, əməkdaşlıq həyata keçirilir, eyni zamanda, gələcəkdə bu əlaqələrin daha da genişlənməsi məqsədəuyğundur.

 

Nazir bildirib ki, bununla bərabər, 2013-cü ilin aprel ayında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransında Prezident İlham Əliyevin İƏT-in mənzil-qərargahı Bakı şəhərində olmaqla Əmək Mərkəzinin yaradılması barədə təklifi yekdillə dəstəklənib. Ötən dövrdə həmin Mərkəzin təsis olunması üçün müvafiq işlər aparılıb. Artıq bir sıra dövlətlər tərəfindən Nizamnaməsi imzalanan Mərkəz İƏT-ə üzv ölkələr, o cümlədən Azərbaycan və İran arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcək.

 

Görüşdə iki ölkə arasında arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətinin əhəmiyyətindən də bəhs olunub, əməkdaşlıq əlaqələrinin gələcək inkişafına dair fikir mübadilələri aparılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabahın HAVASI: 33 dərəcə isti olacaq, yağış yağacaq 24 May 2019, 12:58 Poroşenkonun adı partiyasından götürülür 24 May 2019, 12:55 Vitse-spiker Valeh Ələsgərov: “Bir çox iqtisadçı “Əsrin müqaviləsi”nə qarşı ÇIXIR 24 May 2019, 12:44 Həkim planşet, telefon və televizorlarla bağlı valideynlərə çağırış etdi 24 May 2019, 12:39 Vikipediya-da Cavad Heyət haqda məlumata düzəliş olundu 24 May 2019, 12:37 Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq 24 May 2019, 12:36 60 yaşlı kişinin boğazı kəsilərək öldürüldü - cinayət işi başlandı 24 May 2019, 12:32 Sevinc Fətəliyeva: “Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib” 24 May 2019, 12:26 Bakıda daha 6 sosial bina tikiləcək - Güzəştli mənzil almaq istəyənlərə XƏBƏR VAR 24 May 2019, 12:23 Qohum evliliklərindən doğulan uşaqlarda korluq da yaranır - RƏSMİ 24 May 2019, 12:22 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:17 Teatr direktoru Paşinyanı məhkəməyə verdi 24 May 2019, 12:09 İlham Əliyev rusiyalı naziri qəbul edib 24 May 2019, 12:08 Tağı Əhmədov: “YAP ümumxalq patiyası kimi…” 24 May 2019, 12:05 Fuad Abbasov saxlanmasının əsl səbəbini açıqladı - MÜSAHİBƏ 24 May 2019, 11:50 XİN ABŞ vətəndaşının adını “qara siyahı”dan çıxardı 24 May 2019, 11:46 Doğum gününüz mübarək, Ramiz Novruz! 24 May 2019, 11:45 DİN də TƏKZİB ETDİ: “4 azyaşlı qızın hamilə xəbəri yalandır!” 24 May 2019, 11:40 “Bakı futbolçuları da, qonaqları da qarşılamağa tam hazırdır” – Vitse-spiker 24 May 2019, 11:40 Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert olacaq 24 May 2019, 11:33 “Ermənistanda peşəkar siyasətçilər yoxdur” – Siyavuş Novruzov 24 May 2019, 11:29 Ağstafada 18 yaşlı xanım hamilə olub – Polisdən AÇIQLAMA 24 May 2019, 11:18 Sarkisyan yenidən siyasi mübarizəyə qoşuldu 24 May 2019, 11:16 Deputat Fəzail İbrahimli rayonlarda görüşlər keçirdi 24 May 2019, 11:16 Bahar Muradova: “Azərbaycan Xalq Cümhuriyyəti qurucularını çox böyük hörmətlə yad edirik” 24 May 2019, 11:14 Baş həkimdən “Ağstafada 4 yeniyetmə hamilə qalıb” xəbərinə REAKSİYA 24 May 2019, 10:59 Deputat kəndlərdə sakinlərlə görüşdü 24 May 2019, 10:47 Azərbaycanda spirtli içki istehsalı kəskin ARTIB 24 May 2019, 10:43 Bakıda “Davamlı İnkişaf Məqsədlərinin tətbiqi - bələdiyyələrin gender əsaslı təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib - Foto 24 May 2019, 10:37 ABŞ-da manyak edam olundu 24 May 2019, 10:36 DİM Azərbaycan dili fənni üzrə ikinci imtahan keçirəcək 24 May 2019, 10:36 YAP Gənclər Birliyinin üzvləri Milli Məclisin rəhbərliyi ilə görüşdülər 24 May 2019, 10:33 Dağıstanda 3 silahlı məhv edilib 24 May 2019, 10:29 Milli Parklara direktor vəzifəsinə işçi axtarılır   24 May 2019, 10:25 İsmayıllıda narkotik əkən qadın tutuldu 24 May 2019, 10:20