Modern.az

Vəkil XİN-in sabiq əməkdaşlarının azadlığa buraxılmasından danışdı

Vəkil XİN-in sabiq əməkdaşlarının azadlığa buraxılmasından danışdı

19 Aprel 2019, 00:13

"Vəkillər öz çıxışlarında qərara bəraət qazandırılmasını tələb ediblər. Bu bizim üçün hələ son deyil. Biz hesab edirik ki, onların heç biri müqəssir deyil. Bu ittiham keçmiş MTN-in istintaq xidməti tərəfindən saxtalaşdırılmış bir iş idi. İstintaq zamanı zərərçəkənlər dindirilib, halbuki onlar istintaq orqanları tərəfindən qanuni olaraq zərərçəkmiş hesab edilməmişdilər. Onların zərərçəkən kimi tanınması üçün Cinayət Məcəlləsində müddəa yoxdur. Bu isə onu deməyə əsas verir ki, onların heç biri faktiki olaraq zərər çəkməyib. Lakin ittiham aktında onlar zərərçəkmiş kimi təqdim olunub. Dubaydan gələn iki ərəb faktiki olaraq zərərçəkmiş hesab olunmur". Modern.az xəbər verir ki, bunu "Report"a açıqlamasında XİN-in həbs edilən əməkdaşlarının məhkəmə zalından azadlığa buraxılmasına münasibət bildirən vəkil Kamandar Nəsibov deyib.

Qeyd edək ki, bu gün Xəzər Rayon Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirləndirilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və Nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məhkəmənin hökmü E.Xəlilli 1 il 2 ay və A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, həmin şəxslər 2018-ci il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı