Modern.az

Parlament rəhbərlərinin növbəti ümumdünya toplantısına Avstriya ev sahibliyi edəcək

Parlament rəhbərlərinin növbəti ümumdünya toplantısına Avstriya ev sahibliyi edəcək

19 Aprel 2019, 09:00

Gələn il Avstriya dünya ölkələri parlament rəhbərlərinin toplantısına ev sahibliyi edəcək.

Modern.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə Avstriya Milli Şurasının (Parlament) sədri Volfqanq Sobotka məlumat verib. Beynəlxalq Parlamentlərarası İttifaqın bu toplantı üçün Vyana şəhərini seçməsindən məmnunluq ifadə edən parlament sədri, toplantının gələn ilin avqust ayında reallaşacağına deyib.

Üç gün davam edəcək beynəlxalq toplantıda 178 ölkədən 1200-dən artıq nümayəndənin iştirakı gözlənilir.

Qeyd edək ki, ilk dəfə 2000-ci ildə reallaşan bu tədbirə Nyu-York (2000, 2005 və 2015-ci illər) və Cenevrə (2010-cu il) ev sahibliyi edib. Əsası 1889-cu ildə qoyulan Parlamentlərarası İttifaqa hazırda dünyanın 178 ölkəsinin milli parlamenti və 10 assosiativ birlik üzvdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu