Modern.az

Milli parklarda “açıq qapı” günü keçiriləcək  

Milli parklarda “açıq qapı” günü keçiriləcək  

19 Aprel 2019, 11:14

 

“Milli Parkların marşı” günü ilə əlaqədar 20-21 aprel tarixlərində Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə,  ziyarətçilər  Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Qızılağac, Zəngəzur milli parklarına giriş haqqından azad ediləcək.

Qeyd edək ki, milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.

Təbiətin füsünkar gözəlliklərindən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin!  Milli parklara səyahət etməklə Siz flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat ala bilərsiniz. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir