Arxiv
19 Aprel 2019, 11:10 | AKTUAL
AZƏRTAC-ın sədrliyi  ilə keçirilən iclaş başladı

Aprelin 19-da AZƏRTAC-ın sədrliyi və Vyetnamın VNA xəbər agentliyinin təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb.

 

Modern.az xəbər verir ki, iclasda iştirak edən Vyetnamın Baş nazirinin müavini Vu Duc Dam, informasiya və kommunikasiya texnologiyaları naziri Nguyen Manh Hung və nümayəndə heyətləri OANA-nın üzv agentliklərinin təqdim etdiyi fotolardan ibarət sərgiyə baxıblar. Rəsmi qonaqlar AZƏRTAC-ın təqdim etdiyi fotolarla da maraqla tanış olublar.

İclasın açılış mərasimində Vyetnamın dövlət himni səslənib, bu ölkəyə həsr olunan videoçarx nümayiş etdirilib.

VNA agentliyinin baş direktoru Nquyen Duc Loi çıxışında OANA İcraiyyə Komitəsinin iclasının Hanoyda keçirilməsini bu təşkilatın inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib. O, iclasın təşkilinə göstərdiyi dəstəyə görə OANA-nın sədrinə - AZƏRTAC-a təşəkkür edib.

Sonra çıxış edən Vyetnamın Baş nazirinin müavini Vu Duc Dam müasir medianın informasiya texnologiyalarının inkişafı dövründə ciddi çağırışlarla üz-üzə qaldığını qeyd edib. O deyib ki, yalnız jurnalistika dəyərlərinə söykənən media bu çağırışların öhdəsindən məharətlə gələ biləcək. Bu baxımdan OANA-nın inkişafının vacibliyini vurğulayan Baş nazirin müavini təşkilatın prezidenti Aslan Aslanovun və AZƏRTAC-ın sədr kimi bu istiqamətdə səylərinin önəmli olduğunu diqqətə çatdırıb.

OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iştirakçıları salamlayaraq iclasın yüksək səviyyədə keçirilməsinə görə Vyetnam hökumətinə, Baş nazirin müavininə və VNA agentliyinə təşəkkürünü bildirib.

Müasir dövrdə media qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edən OANA prezidenti deyib ki, Dünya Xəbər Agentlikləri Konqresi və OANA-nın sədri olaraq AZƏRTAChər iki qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinə öz töhfəsini verməyə çalışır. Bu baxımdan səmərəli əməkdaşlıq mexanizmləri, innovasiyalar və təcrübə mübadiləsi kimi üç amil daim diqqətdə saxlanılır.

"Müasir yeniliklərə adaptasiya olmaq vacib amildir. Eyni zamanda, jurnalistika ənənələrini qoruyub saxlamaq da bizim peşə borcumuzdur. Onlayn media və sosial şəbəkələrin geniş yayıldığı, feyk xəbərlər kimi təhlükəli meylin gücləndiyi bir vaxtda informasiyanın düzgünlüyünü, obyektivlik və tərəfsizliyini daim yüksək tutmaq üçün mütəmadi səylər göstərməli oluruq, bu sınaqlardan birgə keçməyə çalışırıq. Regionun əsas xəbər agentliklərini birləşdirən OANA bu çağırışlara tutarlı cavab vermək üçün güclü platformaya çevrilə bilər. Bunun üçün yenilikləri gecikmədən tətbiq etmək, təşkilatı daha da müasirləşdirmək, daha çevik informasiya mübadiləsi mexanizmləri yaratmaq lazımdır", - deyə Aslan Aslanov vurğulayıb.

Qeyd edək ki, Hanoyda işə başlayan OANA İcraiyyə Komitəsinin 44-cü iclası aprelin 20-dək davam edəcək.

İclasda Türkiyənin Anadolu, Rusiyanın TASS, Avstraliyanın AAP, Cənubi Koreyanın Yonhap, Ərəb Əmirliklərinin WAM, Çinin Sinxua, İndoneziyanın Antara, Malayziyanın Bernama, İranın İRNA, Yaponiyanın Kyodo və digər agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər.

OANA-nın cari məsələlərinin, media qarşısında duran çağırışların, feyk xəbərlərlə mübarizənin, faktların yoxlanması, agentliklərin üzləşdiyi problemlərin müzakirə edildiyi iclasda təşkilatın Mükəmməllik Mükafatının qalibləri elan olunacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
1000-dən çox sərnişin 3 saat metro tunelində qaldı 22 May 2019, 00:47 Zelenski biznes ortağını özünə köməkçi təyin etdi 22 May 2019, 00:22 Saakaşviliyə ittiham: Həyat yoldaşını öldürmək istəyib 22 May 2019, 00:03 Azərbaycan nefti ucuzlaşıb 21 May 2019, 23:52 Azərbaycanda zəlzələ oldu 21 May 2019, 23:34 Tornado 10 saniyədə şəhəri xaraba qoydu 21 May 2019, 23:12 İstanbulda 74 FETÖ  tərəfdarı saxlanıldı 21 May 2019, 22:55 “Ermənistan idmanı siyasət alətinə çevirir” - XİN 21 May 2019, 22:37 Bakıda yeniyetmə qız itkin düşüb 21 May 2019, 22:26 ABŞ pilotsuz yük maşınlarının sınağına başladı 21 May 2019, 22:01 Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək 21 May 2019, 21:43 Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ 21 May 2019, 21:25 Mərmərə dənizi sahillərində zəlzələ 21 May 2019, 21:11 Təbii qaz bahalaşdı 21 May 2019, 20:59 Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər 21 May 2019, 20:43 Ukrayna növbədənkənar parlament seçkilərinə gedir 21 May 2019, 20:31 Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb 21 May 2019, 20:15 Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izlədi - VİDEO, FOTOLAR 21 May 2019, 20:01 “Taliban”a qarşı əməliyyat: 40-dan çox silahlı məhv edildi 21 May 2019, 19:25 Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitə iclaslarında iştirak edəcək 21 May 2019, 19:12 Bakı-Sumqayıt yolunda 3 maşın toqquşdu – yaralılar var 21 May 2019, 18:54 Məmmədyarov Kolumbiyanın yeni səfirini qəbul etdi 21 May 2019, 18:43 Poroşenkoya cinayət işi açıldı 21 May 2019, 18:27 Azərbaycan-Çexiya hökumətləri arasında Qarışıq Komissiyanın tərkibində dəyişiklik edildi 21 May 2019, 18:03 Dolların məzənnəsi dəyişmədi 21 May 2019, 17:46 Nazir müavini Məhəbbət Vəliyeva təhsil şöbələrinin müdirləri ilə görüşdü 21 May 2019, 17:37 Azərbaycanda faktiki hava ŞƏRAİTİ 21 May 2019, 17:34 Ağdamda sel - 2 çoban və 500 qoyun xilas edildi 21 May 2019, 17:26 Dünya mediası azərbaycanlı rəssamdan yazır 21 May 2019, 17:20 Azərbaycanın turizm potensialı haqda beynəlxalq konfrans keçiriləcək 21 May 2019, 17:13 50 milyon "İnstagram" istifadəçisinin məlumatları internetə sızdı 21 May 2019, 17:06 Qazaxda ölü heyvan satışının qarşısı alındı - FOTO   21 May 2019, 17:05 Niyazi Bayramov vətəndaşların müraciətlərini dinlədi   21 May 2019, 17:00 Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanıldı 21 May 2019, 16:50 Bakı Meriyası vətəndaşların “Torqovı”ya buraxılmayacağı xəbərini TƏKZİB ETDİ 21 May 2019, 16:47