Modern.az

Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskli ölkələr qrupunda...

Selektiv abortlarla bağlı həyəcan TƏBİLİ – Azərbaycan riskli ölkələr qrupunda...

19 Aprel 2019, 12:32

Dünyada 23 milyon qız sırf cinsi mənsubiyyəti valideynlərinin xoşuna gəlməməsi səbəbindən dünyaya gəlməyib.

 

Modern.az xəbər verir ki, BBC telekanalı bu barədə ABŞ və Sinqapur alimlərinin dünyada 1970-2017-ci illərdə apardıqları doğum statistikasının nəticələri əsasında yazıb.

Araşdırma selektiv abortlarla bağlı ən həyəcanlı situasiyanın Çin və və Hindistanda olduğunu yazır. Bu ölkələrdə hər 100 qıza 114 oğlanın düşdüyü məlum olub.

 

Selektiv abortlar nəticəsində doğulan oğlan uşaqlarının sayının qız uşaqlarının sayını üstələdiyi 11 riskli ölkə sırasına Hindistan və Çinlə yanaşı, Azərbaycan, Ermənistan, Gürcüstan, Çernoqoriya, Vyetnam. Tayvan, Tunis və Cənubi Koreya daxildir.

Araşdırmalar Qafqaz respublikalarında 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra selektiv abortların kütləvi hal aldığını, lakin son illər Gürcüstanda vəziyyətin stabilləşdiyini göstərir. Bununla belə, Ermənistan və Azərbaycanda selektiv abort aktual problem olaraq qalır və bu ölkələrdə hər 100 qıza 112-113 oğlan düşür.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir