Arxiv
19 Aprel 2019, 12:48 | AKTUAL
Dövlət büdcəsində 403,8 mln. manatlıq profisit yaranıb

 

2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5439,7 mln. manat, xərcləri 5035,9 mln. manat olmuş, 403,8 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır.

 

Nazirlikdən Modern.az-a a verilən məlumata görə, 2019-cu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 5439,7 mln. manat və ya 99,1 faiz icra olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 876,3 mln. manat və ya 19,2 faiz çoxdur. 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1672,9 mln. manat vəsait daxil olmuşdur ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 mln. manat və ya 16,5 faiz çoxdur. 
Həmin vəsaitin 69,1 faizi və yaxud 1155,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

 

2019-cu ilin birinci rübündə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1014,1 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və yaxud 287,1 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 93,8 mln. manat təşkil etmişdir. 

 

Sair daxilolmalar üzrə büdcəyə 43,9 mln. manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,0 dəfə və yaxud 22,3 mln. manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2615,0 mln. manat vəsait transfert edilmişdir.

 

2019-cu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,4 faiz və yaxud 5035,9 mln. manat icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 627,9 mln. manat və ya 14,2 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8 faizi və ya 2104,5 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 mln. manat çoxdur. 
2019-cu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 2707,3 mln. manatı və ya 53,8 faizi cari xərclərə, 1984,4 mln. manatı və ya 39,4 faizi əsaslı xərclərə, 344,2 mln. manatı və ya 6,8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir. 

 

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən cari ilin birinci rübündə 927,7 mln. manat istifadə edilməklə elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 210,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər investisiya layihələrinə 717,7 mln. manat vəsait yönəldilmişdir.
2019-cu ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilmişdir.


Cari ilin birinci rübündə icmal büdcənin gəlirləri 9192,2 mln. manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2129,2 mln. manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 5076,9 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 319,0 mln. manat və ya 6,7 faiz azdır. 

İcmal büdcədə 4115,3 mln. manat artıqlıq (profisit) yaranmışdır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49 İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı 23 İyul 2019, 12:46 Abşeronda restoran yandı 23 İyul 2019, 12:31 Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi” 23 İyul 2019, 12:26 Agentlik bu dəfə şirniyyat sexini bağladı - FOTOLAR 23 İyul 2019, 12:22 İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi 23 İyul 2019, 12:15 Şəkidə Regional Bərpa Mərkəzi yenilənir 23 İyul 2019, 12:11 Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı 23 İyul 2019, 12:06 Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 23 İyul 2019, 11:52 Dini Komitə social şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR 23 İyul 2019, 11:50 Qərbi Kaspi Universitetindən “Flex Azərbaycan”ın finalçıları üçün təqaüd PROQRAMI 23 İyul 2019, 11:37 Ağdamda 17 məscid dağıdılıb 23 İyul 2019, 11:29 “Fenerbah”çe 19 milyon avroya oyunçusunu “satır” 23 İyul 2019, 11:27 Gədəbəydə “tarix” YAZILIR – Kabab, dovğa, şirniyyatlar... 23 İyul 2019, 11:24