Arxiv
19 Aprel 2019, 14:09 | AKTUAL
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir

Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”, təqdim etdiyi yüksəkkeyfiyyətli şəbəkə , sürətli və kəsintisiz internet xidmətləri, sərfəli təklifləri ilə sahibkarlara dəstək olmağa və onların biznes tələblərini ödəməyə davam edir. Belə ki, “Nar”-ın korporativ müştərisinə çevrilən hər bir biznes sahibi ödənişsiz olaraq portativ internet daşıyıcısı olan “Nar MiFi” cihazı əldə edə biləcək. Bu cihaz abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və interneti ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır ki, bu da abunəçilərə bizneslərini daha çevik və mobil idarə etməyə kömək edir.

 

Mobil operator korporativ müştərilərilə yeni imkanlar, təkliflər barədə məlumatları bölüşmək, eləcə də əlaqələri gücləndirmək məqsədilə, növbəti dəfə 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisini film nümayişində bir araya gətirib. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib. 

 

Bu ildən mobil operatorun korporativ müştəriləri üçün mövcud olan tarif paketlərində dəyişikliklər olub və yeni tariflər təqdim edilib. Tariflər hər bir müştərinin ehtiyacına uyğun tənzimlənir və fərdi yanaşma sayəsində biznes sahiblərinə ən optimal təklif təqdim edilir. Bundan başqa, korporativ müştərilər üçün yeni internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir. Qeyd edək ki, “Nar”-ın biznes sahibləri üçün təqdim etdiyi sərfəli təkliflər sayəsində müştərilərinin sayı artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştəriləri sırasına daha 600 yeni şirkət qoşulub.

 

 “Nar” ilə korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Daha ətraflı buradan tanış ola bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş naziri bəlli oldu 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49 İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı 23 İyul 2019, 12:46 Abşeronda restoran yandı 23 İyul 2019, 12:31 Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi” 23 İyul 2019, 12:26 Agentlik bu dəfə şirniyyat sexini bağladı - FOTOLAR 23 İyul 2019, 12:22 İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi 23 İyul 2019, 12:15 Şəkidə Regional Bərpa Mərkəzi yenilənir 23 İyul 2019, 12:11 Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı 23 İyul 2019, 12:06 Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 23 İyul 2019, 11:52 Dini Komitə social şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR 23 İyul 2019, 11:50 Qərbi Kaspi Universitetindən “Flex Azərbaycan”ın finalçıları üçün təqaüd PROQRAMI 23 İyul 2019, 11:37 Ağdamda 17 məscid dağıdılıb 23 İyul 2019, 11:29