Modern.az

Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı

Bakı Ali Neft Məktəbində tələbə konfransları başa çatdı

19 Aprel 2019, 15:12

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının  96-cı ildönümünə həsr olunmuş Tələbələrin I Respublika Elmi Konfransları başa çatmışdır. Tədbirdə BANM-in rəhbərliyi və professor-müəllim heyəti, eləcə də, BANM-in partnyorları olan SOCAR-ın Kompleks Qazma İşləri Tresti, SOCAR Polymer, Huawei, Maire Technimont, ABB, Microsoft, Emerson Process Management və Avandsis Group şirkətlərinin təmsilçiləri qatılmışdılar. Eyni zamanda konfranslarda iştirak etmiş və öz maraqlı prezentasiyaları ilə seçilərək qalib olaraq müəyyən edilmiş tələbə və gənc alimlər də tədbirdə iştirak etmişdilər.


Qonaqları salamlayan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə 15 aprel tarixindən etibarən keçirilən konfransların yekunu barədə məlumatları iştirakçılarıların diqqətinə çatdırmışdır. Çoxsaylı bölmələrdən ibarət üç geniş başlıq altında - Kimya və kimya mühəndisliyində perspektivlər, Keyfiyyətli enerji, keyfiyyətli xidmət və Yüksək texnologiyalar- innovativ tətbiqlər mövzuları çərçivəsində təşkil olunmuş konfranslara ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və AMEA-nın institutlarını təmsil edən ümumilikdə 177 nəfər tələbə və gənc alimin müraciət etdiyini bildirən rektor hər bölmə üzrə uğurla çıxış etmiş qaliblərin bu gün BANM-in sertifikatları, eləcə də konfransa dəstək vermiş yerli və transmilli şirkətlərin qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlarını bildirmişdir. Hər bir iştirakçıya konfransda fəal iştirak etdikləri üçün təşəkkür edən rektor onlarda elmi-tədqiqtlara marağın bundan sonra daha da artacağından əmin olduğunu vurğulamışdır. Daha sonra 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə, həmçinin həvəsləndirici kateqoriya üzrə seçilmiş iştirakçılara sertifikat və hədiyyələr təqdim olunmuşdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır