Modern.az

Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR

Azərbaycanda hər il yeni quşlar AŞKARLANIR

Aktual

19 Aprel 2019, 15:50

Bu günədək ölkəmizdə mövcud olan quş növlərinin sayı hələ tam olaraq müəyyənləşdirilməyib. Bu da öz növbəsində miqrasiya edən və ötüb keçən quş növlərindən irəli gəlir. Keçən ilin axırlarınadan etibarən ölkəmizə qışlamaq üçün gələn quşların sayında azalma müşahidə edilib. Bunun da əsas səbəbləri  yeni yaşayış yerlərinin salınması, göllərin qurudulması və hava şəraitidir. Bəs təqribi də olsa Azərbaycanda quş növlərinin sayı neçədir? Nəsli kəsilməkdə olan  və ya yeni aşkarlanan quş növləri varmı?

 

Bu barədə Modern.az-ın suallarını ornitoloq və ekoloq Elçin Sultanov cavablandırıb. O bildirib:

 

“Ölkəmizdə qış fəsli isti keçdiyinə görə qışlamaq üçün gələn quşların sayında azalma müşahidə edildi. Belə ki, qış soyuq olduğu halda köç edən quşların sayında artım olur. Mən Qızılağacda tədqiqat işləri apararkən şahidi oldum ki, hər zaman köç edən quş sayından iki dəfə az quş köç edib. Hər il yeni quş növləri aşkarlanır. Bunlar da ötəri keçib gedən quşlardır. Təsadüfi halda bu quşlar  bizim əraziyə düşür ki, bu da 10 ildə ya 100 ildə bir rast gəlinir. Ölkəmizdə yeni quş növlərinin qeydə alınması birbaşa olaraq, xarici müşahidəçilərin gəlməyi ilə bağlıdır. Belə ki, Azərbaycanda quş müşahidəçiləri o qədər də çox deyil. Xarici müşahidəçilər yeni növlərin aşkarlanmasında əsas rol oynayır”.

 

Nəsli kəsilməkdə olan quş növlərindən də danışan ornitoloq bildirib ki, ölkəmizdə xaricdən gələn belə quşlar üstünlük təşkil edir.

 

“Azərbaycan ötəri olaraq məskunlaşan quşlar nəsli kəsilmiş quşların qorunmasında  heç bir rol oynamır. Azərbaycanın nəsli  kəsilməkdə olan 35-ə qədər quş növü dünyanın “Qırmızı kitab”ına salınıb. Bu quşlar dünya səviyyəsində qorunur. Həmin quşların əksəriyyəti Azərbaycanın da  “Qırmızı kitab”ına salınıb”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!