Modern.az

Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər

Universitetlərdə Keyfiyyət Təminatı Mərkəzləri yaradıla bilər

19 Aprel 2019, 15:54

18  aprel 2019-cu il tarixində Bakı Biznes Universitetində  koordinatoru olduğu və Avropa Komissiyası  tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində  Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 2 günlük  toplantısı  öz işinə başlayıb.

Modern.az xəbər verir ki, toplantıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin,  Avropa Komissiyasının, Milli Erasmus+ Ofisinin və layihənin tərəfdaşları olan 10 Azərbaycan  ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib. Toplantının 1-ci günündə layihənin tərəfdaş universistetləri tərəfindən görülən işlər barəsində təqdimatlar keçirilib , Azərbaycan Universitetlərində  Keyfiyyət İdarəetmə Sisteminin tətbiq edilməsində qarşıya çıxan çətinliklər və Keyfiyyət Təminatı Mərkəzlərinin iş planlarının “Avropa Ali Təhsil Məkanında Keyfiyyət  Təminatı üzrə Standartlar və Qaydalar”a  uyğunlaşdırılmasındakı mövcud problemlər  və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır