Arxiv
19 Aprel 2019, 16:42 | AKTUAL
Leyla Əliyeva sağlamlıq imkanlarından məhdud gənclərin sərgisinə gəldi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə nazirliyin sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

Modern.az-ı məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri iştirak edib.


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu cür sərgilərin nazirlik tərəfindən son bir il ərzində artıq 3-cü dəfədir ki, keçirildiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının artırılması istiqamətində tədbirlərin ildən-ilə genişləndirildiyini vurğulayıb.


Nazir Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xüsusi dəstəyini, Fondun həssas qruplardan olan insanların qayğı və reabilitasiya tədbirləri ilə əhatə olunmasında yaxından iştirak etdiyini bildirib.
S.Babayev nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraitinin yaradılmasının da Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində reallaşdığını diqqətə çatdırıb.


“Bahar sevincləri” şənliyi ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən sosial müəssisə sakinləri, ictimai birliklər, nazirliyin maliyyə dəstəyi ilə və himayəsində olan inklüziv teatr və yaradıcılıq birlikləri öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb. Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində onların müəlliflərinin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.


Qeyd olunub ki, hər bir sosial müəssisədə sakinlərin yaradıcılıq meylləri nəzərə alınmaqla müxtəlif dərnəklər, təlim kursları təşkil olunub, onların müvafiq incəsənət sahələrində bacarıq və qabiliyyətləri inkişaf etdirilir. Həmçinin musiqi və rəqs təlimi kursları təşkil olunub, əlilliyi olan şəxslərdən ibarət musiqi və rəqs kollektivi yaradılıb, onlar üçün xüsusi rəqs və səhnə geyimləri və musiqi repertuarları hazırlanıb. Sosial müəssisələrdən və sığınacaqlardan olan uşaq və yeniyetmələr üçün mütəmadi olaraq xüsusi ekskursiyalar və təlim kursları təşkil olunur, onların düzgün tərbiyəsi, mənəvi inkişafı və cəmiyyətə inteqrasiya olunmaları üçün məqsədyönlü strategiya həyata keçirilir.

Əl işlərinin müəllifləri ilə söhbət edən Leyla Əliyeva onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Milli kulinariya guşəsinə də baxış olub, burada balaca uşaqlar qutab bişirmə, yuxa yayma, düşbərə bükmə qabiliyyətlərini nümayiş etdiriblər.


Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti xalçaçılıq guşəsi ilə tanış olub, xalça toxuyan gənclərlə söhbət edib. Sonra konsert proqramı təqdim edilib.

Gözdən əlilliyi olan şəxslər Gülnar Rəhimova, Seymur Əliyev və Gülnar Novruzova mahnılar ifa edib, sağlamlıq imkanları məhdud uşaqlardan, eləcə də daun və autizm sindromlu uşaqlardan, lal-kar uşaqlardan, əlilliyi olan şəxslərdən, hemofiliyalı uşaqlardan ibarət rəqs qruplarının çıxışları olub.

İdman guşəsi ilə tanış olan Leyla Əliyeva burada BOCCIA İdman Federasiyasının idmançıları ilə görüşüb. Bildirilib ki, Azərbaycanda BOCCIA idmanı Leyla Əliyevanın təşəbbüsü ilə yaradılaraq ildən-ilə inkişaf edib. Bu idman növü üzrə milli komandamız beynəlxalq yarışlarda artıq ilk qələbələrə imza atıblar. Əlilliyi olan şəxslər BOCCİA, qılıncoynatma, parataekvando, oxatma, güllə atıcılığı növlərində öz məharətlərini göstəriblər. Leyla Əliyeva idmançılara yeni-yeni uğurlar arzulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52 "Neftçi" yenə xal itirdi 19 Avqust 2019, 22:33 Ərdoğan xanımı ilə antik kəndi gəzdi - FOTO 19 Avqust 2019, 22:19 Azərbaycandakı “KQB agentləri” bir neçə qrupa bölünür - Gizli şəbəkə üzvləri... 19 Avqust 2019, 22:03 İran S-300-ün analoqunu yaratdı 19 Avqust 2019, 21:58 ABŞ qadağan olunan silahın sınağını keçirdi 19 Avqust 2019, 21:45 Masallılı gənc toyundan 11 gün sonra öldü - FOTO 19 Avqust 2019, 21:26 “Relaks”dakı dava belə başladı - VİDEO 19 Avqust 2019, 21:13 Elmar Məmmədyarov ABŞ-da oğluna toy etdi - FOTO 19 Avqust 2019, 20:56 Azərbaycanda neft hasilatı azalıb 19 Avqust 2019, 20:44 Bizneslə məşğul olan qadınların sayı 12 faiz artıb 19 Avqust 2019, 20:30 Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi 19 Avqust 2019, 20:18 Astarada 40 yaşlı qadın itkin düşüb 19 Avqust 2019, 20:05 Azərbaycanda çəkilən “Şollerin arxivi” filmi daha bir beynəlxalq uğura imza atdı - FOTOLAR 19 Avqust 2019, 20:03 Göygöl polisinə yeni rəis təyin olundu   19 Avqust 2019, 19:49 Maşın oğrusu tutuldu 19 Avqust 2019, 19:38 Taqım komandirlərin hazırlıq məşğələləri yekunlaşdı - FOTOLAR 19 Avqust 2019, 19:29 Nazir müavini yol qəzasında öldü - FOTO 19 Avqust 2019, 19:17 "WhatsApp" da barmaq izinə keçir 19 Avqust 2019, 19:05 Mənim doğma universitetim...     19 Avqust 2019, 18:58 Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək 19 Avqust 2019, 18:46 Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO 19 Avqust 2019, 18:34 Nazirlik şagirdlərin elektron yerdəyişməsi prosesinə aydınlıq gətirdi   19 Avqust 2019, 18:22 Dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötdü - Azərbaycanda 19 Avqust 2019, 18:11 Bakı Metropoliteni qış qrafikinə keçir - Yeni dərs ilindən  19 Avqust 2019, 18:00 Deputat İqbal Məmmədov “Relaks”dakı insidentlə bağlı açıqlama YAYDI 19 Avqust 2019, 17:43 Saxta içkilər istehsal edən sex aşkarlandı - FOTO 19 Avqust 2019, 17:35 General Vilayət Eyvazov əsgərlərlə birlikdə nahar etdi - FOTO 19 Avqust 2019, 17:32