Modern.az

Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI

Deputat “Komandir”in təqdimatında Qarabağ naminə birliyə ÇAĞIRDI

19 Aprel 2019, 17:54

Bu gün yazıçı Şərif Ağayarın “Aprel şəhidi” Raquf Orucovdan bəhs edən “Komandir” romanının təqdimatı keçirilib. Təqdimata qatılan oxucular arasında deputatlar və media nümayəndələri də olub.


Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən deputat Gövhər Baxşəliyeva Qarabağ problemindən çox narahat olduğunu dilə gətirib. O, ərəb ölkələri ilə bağlı problemləri bildiyini diqqətə çatdırıb. Qeyd edib ki, 70 ildir Fələstin məsələsi həllini tapmırsa, Qarabağ problemi də bu aqibəti yaşaya bilər. Deputat hər bir Azərbaycan vətəndaşının ayaqda olmasını, prezidentin ətrafında birləşməsini istədiyini vurğulayıb:

“Biz bu istiqamətdə iş aparırıq, müxtəlif əsərlər dərc edirik. Bütün araşdırmamızın, təbliağtlarımızın ana xətti məhz Qarabağ problemi, itirilmiş torpaqların qaytarılmasıdır. Deputatlar da beynəlxalq tədbirlərdə Qarabağ problemi ilə əlaqədar böyük işlər görürlər. Ölkə Prezidenti də gecəli-gündüzlü çalışır ki, bu, çox ağır problemi həll etsin. Biz ilk növbədə xalq olaraq, özümüzdə təpər tapıb birləşməli, torpaqlarımızı qaytarmalıyıq ki, problemi gələcək nəsillərə saxlamayaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi