Arxiv
19 Aprel 2019, 18:40 | AKTUAL
Ramil Usubov 372 nəfəri işə götürdü  

 

Aprelin 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında Bakı şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant  sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 433 iddiaçının arasından daha hazırlıqlı olan 372 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

 

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnən,  mükəmməl təhsil alan savadlı, milli-mənəvi dəyərlərin daşıyıcısı olan vətənpərvər, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan  gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladan nazir R.Usubov belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün hər zaman əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu bildirib.

 

Cənab Ramil Usubov bu gün ölkədə uğurla davam etdirilən cinayətkarlıqla qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini qeyd edib.

 

Daxili işlər naziri vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılan müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb. 

 

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43 Azərbaycanla Böyük Britaniya enerji əməkdaşlığı müzakirə edilib 22 May 2019, 20:30 Özildən azərbaycanlı azarkeşlərə - FOTO 22 May 2019, 20:16 DTX-da “Qırmızı papaq” tamaşası nümayiş etdiriləcək 22 May 2019, 20:01 Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent Modern.az-a danışdı: “Suallar çox da çətin deyildi” 22 May 2019, 19:47 Prezident və birinci xanım “Sovetski”də vətəndaşların problemləri ilə tanış olublar 22 May 2019, 18:57 Nazir Prezident təqaüdü alan gənclərin konsertində iştirak etdi 22 May 2019, 18:48 Çin Xalq Respublikasının Sədrindən İlham Əliyevə TƏBRİK 22 May 2019, 18:44 I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri AÇIQLANDI 22 May 2019, 18:33 Elmar Məmmədyarov BMT-nin nümaəyəndəsini qəbul etdi 22 May 2019, 18:25 ABŞ-ın Azərbaycandakı eks SƏFİRİ: “Bakı çox təhlükəsiz şəhərdir” 22 May 2019, 18:17 Zakir Həsənov göstəriş verdi - FOTO+VİDEO 22 May 2019, 18:06 “Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat 22 May 2019, 17:58 İlqar Məmmədov polisə çağırıldı 22 May 2019, 17:53 Ərdoğan İlham Əliyevi təbrik etdi 22 May 2019, 17:42 Nazirlik məktəb direktorunun pensiyasını kəsdi - Saxta əlillik alıb 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30