Modern.az

Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var  

Şəmkirdə ağır yol qəzası: 1 ölü, 3 yaralı var  

19 Aprel 2019, 18:58

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az Qafqazinfo-ya istinadən məlumat verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Vaz 2107" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb,  biri azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.

 

Yaralananlardan qadın - 1987-ci il təvəllüdlü Nigar Hacıyeva və onun 6 yaşlı övladı  xəstəxanaya yerləşdirilib. Qadının ərinə ambulator yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi