Arxiv
19 Aprel 2019, 19:49 | AKTUAL
Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanov Apellyasiya məhkəməsinə şikayət edib.

 

Modern.az xəbər verir ki, təqsirləndirilən şəxsin şikayəti ilə bağlı məhkəmə baxış iclası aprel ayının 22-də hakim Namiq Məmmədovun sədrliyi ilə keçiriləcək.

 

İttihama görə, ötən il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Səkinə Hümbətova bıçaqla qətlə yetirilib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Mərdanov tərəfindən törədilməsi, onun Bakı şəhər sakini Zülfiyyə Şiriyeva ilə birgə sonuncuya məxsus "Mitsubishi" markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində ataraq getmələri də müəyyən edilib.



Həyata keçirilmiş tədbirlərlə ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən Zəfər Mərdanov tutularaq istintaqa cəlb olunub.

 

İstintaq həmçinin müəyyən edib ki, cinayətin səbəbi Səkinə Hümbətovanın Zəfər Mərdanova ərə getməkdən imtina etməsidir.

 

Səkinə Hümbətovanın azyaşlı övladı qalıb.

 

Görülmüş tədbirlərlə Zülfiyyə Şiriyeva da saxlanılıb.

 

Onun əməlləri Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsinə tövsif edilib.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Zəfər Mərdanov 18 il müddətinə azadlıqdan məhrum edilib.(Ölkə.az)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Polislərin hədəf alındığı partlayış 20 Avqust 2019, 00:47 Sabirabadda 34 yaşlı kişi özünü asdı 20 Avqust 2019, 00:33 Binəqədidə ev ikinci dəfə qarət edildi 20 Avqust 2019, 00:17 Ukraynanı qorxuda saxlayan 3 Gürcüstan vətəndaşı saxlanılıb 19 Avqust 2019, 23:59 Azərbaycan nefti bahalaşıb 19 Avqust 2019, 23:44 Deputatın həbs edilən qardaşı oğlu kimdir? 19 Avqust 2019, 23:26 Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı 19 Avqust 2019, 23:12 Azərbaycanda Aqrar Sığorta Fondu yaradılır - FƏRMAN 19 Avqust 2019, 22:52 "Neftçi" yenə xal itirdi 19 Avqust 2019, 22:33 Ərdoğan xanımı ilə antik kəndi gəzdi - FOTO 19 Avqust 2019, 22:19 Azərbaycandakı “KQB agentləri” bir neçə qrupa bölünür - Gizli şəbəkə üzvləri... 19 Avqust 2019, 22:03 İran S-300-ün analoqunu yaratdı 19 Avqust 2019, 21:58 ABŞ qadağan olunan silahın sınağını keçirdi 19 Avqust 2019, 21:45 Masallılı gənc toyundan 11 gün sonra öldü - FOTO 19 Avqust 2019, 21:26 “Relaks”dakı dava belə başladı - VİDEO 19 Avqust 2019, 21:13 Elmar Məmmədyarov ABŞ-da oğluna toy etdi - FOTO 19 Avqust 2019, 20:56 Azərbaycanda neft hasilatı azalıb 19 Avqust 2019, 20:44 Bizneslə məşğul olan qadınların sayı 12 faiz artıb 19 Avqust 2019, 20:30 Ermənistanın Baş Qərargah rəisi Azərbaycanla sərhəddə gəldi 19 Avqust 2019, 20:18 Astarada 40 yaşlı qadın itkin düşüb 19 Avqust 2019, 20:05 Azərbaycanda çəkilən “Şollerin arxivi” filmi daha bir beynəlxalq uğura imza atdı - FOTOLAR 19 Avqust 2019, 20:03 Göygöl polisinə yeni rəis təyin olundu   19 Avqust 2019, 19:49 Maşın oğrusu tutuldu 19 Avqust 2019, 19:38 Taqım komandirlərin hazırlıq məşğələləri yekunlaşdı - FOTOLAR 19 Avqust 2019, 19:29 Nazir müavini yol qəzasında öldü - FOTO 19 Avqust 2019, 19:17 "WhatsApp" da barmaq izinə keçir 19 Avqust 2019, 19:05 Mənim doğma universitetim...     19 Avqust 2019, 18:58 Sərhədin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək 19 Avqust 2019, 18:46 Külli miqdarda aksiz markasız siqaret aşkarlandı - FOTO 19 Avqust 2019, 18:34 Nazirlik şagirdlərin elektron yerdəyişməsi prosesinə aydınlıq gətirdi   19 Avqust 2019, 18:22 Dövlət büdcəsinin kəsiri 667 milyon manatı ötdü - Azərbaycanda 19 Avqust 2019, 18:11 Bakı Metropoliteni qış qrafikinə keçir - Yeni dərs ilindən  19 Avqust 2019, 18:00 Deputat İqbal Məmmədov “Relaks”dakı insidentlə bağlı açıqlama YAYDI 19 Avqust 2019, 17:43 Saxta içkilər istehsal edən sex aşkarlandı - FOTO 19 Avqust 2019, 17:35 General Vilayət Eyvazov əsgərlərlə birlikdə nahar etdi - FOTO 19 Avqust 2019, 17:32