Modern.az

Bakıda İran Ticarət Mərkəzi  açıldı

Bakıda İran Ticarət Mərkəzi  açıldı

19 Aprel 2019, 20:18

Bu gün Bakıda İran Ticarət Mərkəzinin açılışı olub.

Modern.az xəbər verir ki, mərkəzin açılış mərasimində İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin başçılıq etdiyi nümayəndə heyəti və iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov iştirak ediblər.

 

İran-Azərbaycan Palatasının sədri Hüseyn Pirmüəzzin bildirib ki, İran Ticarət Mərkəzinin açılmasında əsas məqsəd iranlı biznes və iş adamlarının Azərbaycanda sərmayə qoyuluşuna cəlb etməkdir.

 

Bundan başqa, Bakıda və Azərbaycanın digər regionlarında ofis açmaq istəyən iranlı sahibkarlar üçün də mərkəz tərəfindən hər cür şərait yaradılacaq.

 

Qeyd olunub ki, belə bir mərkəzin Bakıda fəaliyyət göstərməsi hər iki ölkə arasındakı iqtisadi əməkdaşlığa güclü təkan verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi