Şəmkir rayonunda ağır yol qəzası baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili "VAZ-2107" markalı avtomobillə toqquşub.
Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.