Modern.az

Azərbaycan nefti 75 dollaradək  bahalaşdı

Azərbaycan nefti 75 dollaradək  bahalaşdı

19 Aprel 2019, 23:34

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,5 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,09 dollar/barel çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,68 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətə bərabərdir.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi