Arxiv
20 Aprel 2019, 09:14 | AKTUAL
Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?...

Ermənistandakı Metsamor AES-in işlənmiş nüvə yanacağına görə Gürcüstan ekoloqları narahatlıq keçirir. Virtualaz.org xəbər verir ki, buna səbəb Ermənistanın Energetika Nazirliyinin kredit və qrant proqramları idarəsinin rəisi Vardan Martirosyanın açıqlamasıdır.

 

Martirosyan bu günlərdə jurnalistlərə bildirib ki, erməni tərəfi işlənmiş nüvə yanacağının Rusiyaya daşınması üçün Gürcüstanla danışıqlar aparmaq niyyətindədir. Martirosyan deyib ki, belə yükləri hava nəqliyyatı ilə daşımırlar. Ona görə də gürcü tərəfinə əsaslandırmaq lazımdır ki, nüvə yanacağı tullantılarının yerüstü nəqliyyatla daşınması təhlükəsizdir.

Gürcü ekoloq Nino Çxobadze isə hesab edir ki, Gürcüstanın yollarını və relyefini nəzərə alanda bu çox təhlükəli daşınma olardı.

 

“Bu ölkə üçün çox təhlükəlidir...Mən hesab edirəm ki, gürcü tərəfi buna razılıq verməyəcək, çünki belə yükün daşınmasının təhlükəsizliyini təmin etmək üçün heç bir imkan yoxdur”-ekoloq deyib.

Çxobadze “Sputnik”ə açıqlamasında qeyd edir ki, işlənmiş radioaktiv tullantılar əsasən dəmir yol nəqliyyatı ilə daşınır. Gürcüstanın isə Rusiya ilə birbaşa dəmir yol rabitəsi yoxdur. Nəticədə belə çıxır ki, tullantıların doldurulduğu xüsusi konteynerlər təkcə Gürcüstandan yox, həm də Azərbaycandan keçəcək.

Ekoloq deyir ki, belə yüklərin avtomobil nəqliyyatı ilə daşınması təhlükəsiz hesab edilmir. “Bizim şose, keçmiş Hərbi-Gürcüstan yolu prinsipcə o qədər də yaxşı vəziyyətdə deyil. Bu nəqliyyat həmin istiqamətdə hərəkət edən bütün TIR-ların hərəkətini ləngitməlidir, çünki radioaktiv maddələrin daşınması zamanı yol tamamilə boş olmalıdır. Xüsusən də işlənmiş nüvə yanacağının”-Çxobadze bildirib.

Gürcü ekoloq qeyd edir ki, erməni tərəfinin işlənmiş yanacağı Rusiyaya daşımaq arzusunun haradan meydana çıxdığını anlamır. Çünki Metsamor AES-in yanında işlənmiş yanacağı saxlamaq üçün xüsusi poliqon var. Həmin poliqon Amerikanın maliyyələşdirdiyi proqram hesabına yaradılıb və işlənmiş yanacağı da orada basdırmalı idilər.

 

“Mən ümumiyyətlə başa düşmürəm ki, radioaktiv tullantıların daşınması nəyə görə gəlirli biznes sayılır? Bu mənə heç aydın deyil ki, Rusiyadan hansısa şirkət həmin yanacağı hərbi məqsədlərlə yenidən emal etmək istəyir. Bu, bizim üçün qəbuledilməzdir”-ekoloq deyib.

Ermənistan nüvə yanacağı tullantılarının daşınması və emalı üçün Rusiyanın “Mayak” müəssisəsi ilə anlaşıb. Həmin müəssisə işlənmiş yanacağın utilizasiyası, habelə hərbi təyinatlı plutoniuma çevrilməsi ilə məşğuldur.

Qeyd edək ki, Ermənistanın radioaktiv tullantıları Azərbaycanın işğal altındakı ərazilərində basdırdığı haqda illərdir məlumatlar səslənir.

 

Virtualaz.org

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49 İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı 23 İyul 2019, 12:46 Abşeronda restoran yandı 23 İyul 2019, 12:31 Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi” 23 İyul 2019, 12:26 Agentlik bu dəfə şirniyyat sexini bağladı - FOTOLAR 23 İyul 2019, 12:22 İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi 23 İyul 2019, 12:15 Şəkidə Regional Bərpa Mərkəzi yenilənir 23 İyul 2019, 12:11 Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı 23 İyul 2019, 12:06 Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 23 İyul 2019, 11:52 Dini Komitə social şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR 23 İyul 2019, 11:50 Qərbi Kaspi Universitetindən “Flex Azərbaycan”ın finalçıları üçün təqaüd PROQRAMI 23 İyul 2019, 11:37 Ağdamda 17 məscid dağıdılıb 23 İyul 2019, 11:29 “Fenerbah”çe 19 milyon avroya oyunçusunu “satır” 23 İyul 2019, 11:27 Gədəbəydə “tarix” YAZILIR – Kabab, dovğa, şirniyyatlar... 23 İyul 2019, 11:24 Azərbaycan XİN Misir hökumətini təbrik etdi 23 İyul 2019, 11:05 ADU-da Çin və Azərbaycan Silahlı Qüvvələrinin ildönümü qeyd edilib 23 İyul 2019, 11:04 Ceyhun Bayramov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü 23 İyul 2019, 11:01 Los Ancelesdə azərbaycanlı bəstəkarın yeni əsəri təqdim olundu 23 İyul 2019, 10:57