Modern.az

Meksikada restoranda atışma - 13 ölü

Meksikada restoranda atışma - 13 ölü

20 Aprel 2019, 12:28

Meksikanın cənub-şərqindəki Verakrus ştatında atışma baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə nəticəsində 13 nəfər, o cümlədən 1 uşaq həlak olub.

Qeyd olunur ki, naməlum silahlılar Minatitlan şəhərində yerləşən restoranların birinə əyləncə zamanı daxil olub və içəridə olanlara atəş açıb.

Hazırda polis atəş açan şəxslərin axtarışlarını aparır. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir