Arxiv
20 Aprel 2019, 14:47 | AKTUAL
Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan piroplazmozu törədən gənələrin aktivləşməsi başlayır. Fermerlər, sahibkarlar, heyvandarlıqla məşğul olan insanlar piroplazmoz xəstəliyinin qarşısını almaq üçün aşağıda qeyd olunan məsləhətlərə əməl edərlərsə, xəstəliyin qarşısını almış olarlar.

 

Qeyd edək ki, qaramalın piroplazmozu qan parazitlərinin törətdiyi və yüksək temperaturla davam edən invazion xəstəlikdir. Azərbaycanda bu xəstəliyə Böyük Qafqazın ətəklərində, Kür qırağının meşə və düzənliklərində, xüsusilə ölkəmizin Aran zonasında, Naxçıvan MR-də, Cənub zonasında və digər yerlərdə təsadüf edilir.

Əsas keçirici olan gənələr ən çox yaz, yay və payız aylarında xəstəliyin baş verməsinə səbəb olur. Bu aylarda gənələrin artımı üçün daha əlverişli şərait yaranır və ən şiddətli yoluxma qeydə alınır. Gənələr əsasən şumlanmamış kolluq, meşəlik, bataqlıq və başqa rütubətli yerlərdə əmələ gəlir. Respublikamızın dəniz səviyyəsindən 900—1200 m hündür yerlərində bu xəstəliyə təsadüf olunmur.

Piroplazmoz zamanı heyvanın hərarəti 41-42°C-dək yüksəlir və 3 gündən 12 günə qədər bu vəziyyətdə qalır. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, naxırdan geri qalır, yatır, az müddətdə zəifləyir və arıqlayır. Yoluxmuş heyvanlar tez yorulur, südü azalır. Bəzi hallarda südün rəngi (sarımtıl rəng alır) və dadı (acı olur) dəyişmiş olur.

 

Mədə-bağırsaq sistemində əvvəlcə qəbizlik, sonra isə qanlı ishal baş verir. Xəstəliyin 3-4-cü günləri sidikdə qan müşahidə edilir, selikli qişalar sarı rəngə boyanır. Qanda eritrositlərin miqdarı kəskin surətdə azalır və nəticədə anemiya baş verir. Xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir və nəbz vurğusu çoxalır. Xəstə heyvan ayaq üstə dayana bilmir, inilti ilə nəfəs alır, qulaqları sallanır. Heyvanın vəziyyəti ağırlaşdıqda hərarəti normadan 1-2°C aşağı düşür, gözləri çökür. Müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5-6 gün müddətində tələf olur.

Xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Profilaktika məqsədilə həssas heyvanlar hər 6-7 gündən bir akarisid (baytar həkiminin təyinatı ilə)  məhlullarla çimizdirilməli və heyvan saxlanılan binalar dezinseksiya edilməlidir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də gənələrin inkişafına mane olur.

Kimyəvi profilaktika məqsədilə heyvana müalicə dozasında 10—14 gündən bir dəri altına parazitotrop dərman preparatı (baytar həkiminin təyinatı ilə) vurulur.

 

Heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi vannalarda və çiləyici duş qurğularında çimizdirilir, heyvanların gəzinti sahələrinin dezinseksiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Binaların daxilində həftədə bir dəfə gənələrə qarşı dezinseksiya tədbirləri aparılmalıdır.

Gənələrlə mübarizə məqsədilə aqromeliorativ tədbirlər və növbəli otarma sahələri mühüm rol oynayır.

Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.

Heyvanlarda piroplazmozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.

Onu da qeyd edək ki, son illər sahibkarlar tərəfindən baytar həkiminə müraciət etmədən piroplazmoza qarşı aparılan tədbirlər nəticəsində heyvanlar arasında kütləvi zəhərlənmə və ölüm hallar baş verib. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin və heyvandarlıq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən və heyvanların ümumi narahatçılığı zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər. 

Dövlət Baytarlıq Xidməti bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən piroplazmoza qarşı aparılan profilaktik və  müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49 İzmirdə əməliyyat - 47 hərbçi saxlanıldı 23 İyul 2019, 12:46 Abşeronda restoran yandı 23 İyul 2019, 12:31 Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi” 23 İyul 2019, 12:26 Agentlik bu dəfə şirniyyat sexini bağladı - FOTOLAR 23 İyul 2019, 12:22 İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul etdi 23 İyul 2019, 12:15 Şəkidə Regional Bərpa Mərkəzi yenilənir 23 İyul 2019, 12:11 Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı 23 İyul 2019, 12:06 Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib 23 İyul 2019, 11:52 Dini Komitə social şəbəkələrdəki dinlə bağlı yazılardan NARAZIDIR 23 İyul 2019, 11:50 Qərbi Kaspi Universitetindən “Flex Azərbaycan”ın finalçıları üçün təqaüd PROQRAMI 23 İyul 2019, 11:37 Ağdamda 17 məscid dağıdılıb 23 İyul 2019, 11:29 “Fenerbah”çe 19 milyon avroya oyunçusunu “satır” 23 İyul 2019, 11:27 Gədəbəydə “tarix” YAZILIR – Kabab, dovğa, şirniyyatlar... 23 İyul 2019, 11:24 Azərbaycan XİN Misir hökumətini təbrik etdi 23 İyul 2019, 11:05