Modern.az

Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi…

Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi…

20 Aprel 2019, 21:07

Fazil Mustafa,
Milli Məclisin üzvü

Son zamanlar görürük ki, hansısa hadisə olanda aidiyyatı məmurlar buna müdaxilə edə bilmir. Adekvat reaksiya olmur. Sonda prezident məsələyə müdaxilə edir, problemin həlli istiqamətində tədbirlər görür. Bu, nəyin nəticəsidir?


Bu, bilavasitə sistemin lazımınca işləməməyinin nəticəsidir. Məsələn deyək ki, "Diqlas" yanır. Bu, bir sığorta hadisəsidir. Bu, prezidentə aid olan məsələ deyil. Amma nə baş verdi? Prezident gördü ki, sahibkar ortada qalıb. Gəldi məcbur olub onlara dəyən zərəri ödədi. Sübut olundu ki, ölkədə siğorta sistemi çöküb. Sığorta sistemini yenidən ağıllı formada dirçəltmək lazımdır.

Ya da zəlzələ oldu. Zəlzələdə problem nədir? Evlər sığortalanmalıydı. Bunu da sığorta şirkəti ödəməliydi. Bu da baş vermədi. Çünki bu sahədə də sistem çöküb.

Təhsil müəssisələrində olan müəyyən problemlərin prezidentin öz üzərinə götürməsinə gərək yoxdur. Bunlar məktəb çərçivəsində həll olunmalı məsələdir. Məktəblərdə funksiyaların doğru yerinə yetirilməsinə ehtiyac var. 

Prezident deyir ki, sahibkarı yoxlamaq olmaz, amma sahibkarları qeyri-rəsmi yoxlayırlar, onlardan pul tuturlar. Müxtəlif vasitələrlə onun vəsaitini mənimsəyirlər, onlara təzyiq edirlər. Məhkəmə sistemi tam ədalətsiz olduğuna görə, sahibkar onlara müraciət etmir. Bilir ki, onun əleyhinə qərarlar çıxarılacaq. 

Məhkəmələrdə korrupsiya problemləri özünü qabarıq şəkildə göstərir. Bunlar ona görə prezidentin müdaxiləsi ilə nəticələnir ki, sistem buna lazımi səviyyədə reaksiya verə bilmir, uminiteti pozulub. Biz ona görə elə etməliyik ki, sistem işləsin. Prezident bütün xırda məsələlərə görə müdaxilə eləməsin. Ölkədə ən birinci məhkəmə islahatından başlamaq lazımdır. Əgər məhkəmələrdə qərarlar hüquqa uyğun çıxarılmırsa, iş adamının, vətəndaşın hüququnu qoruya bilmirsə, hakim korrupsiya ilə qərar çıxarırsa, onda ədalətə güvənmək olmaz. Ona görə bu sahədə ciddi işlər görülməlidir. Ondan sonra bu kimi məsələlərə müdaxiləyə ehtiyac qalmayacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir